Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Media / DSMF-in Hacıqabul şöbəsilə bağlı şok faktlar

DSMF-in Hacıqabul şöbəsilə bağlı şok faktlar

Şöbə müdiri Anar Əhmədov qurumu şəxsi təsərrüfatı kimi idarə edir
Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul şöbəsinin müdiri Anar Əhmədov rəhbərlik etdiyi qurumu şəxsi təsərrüfatı kimi idarə edir. Vaxtilə həmin qurumda çalışmış, lakin Anar Əhmədov tərəfindən qanunsuz olaraq işdən çıxarılan Rəşad Rəhimovun “Yeni Axtarış”a ünvanladığı müraciəti oxuduqda belə qənaətə gəlmək mümkündür. Rəşad Rəhimov yazır ki, Anar Əhmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işdən çıxmaq üçün ona təzyiq göstərib. “Mənə təzyiq edirdi ki, işdən könüllü çıxmaq barədə ərizə yazım. Lakin mən buna etiraz etdim.
Bundan sonra Anar Əhmədov şöbənin işçilərini mənimlə bağlı protokol yazdırmağa məcbur etdi. Anar Əhmədov onlara açıq şəkildə bildirdi ki, mənim əleyhimə olan bu protokolu imzalamayacaqları təqdirdə işdən çıxarılacaqlar”,- deyə Rəşad Rəhimov bildirib. Şikayətçi daha sonra şöbədəki digər qanunsuzluqlara diqqət çəkib: “Anar Əhmədov şöbəyə müdir təyin olunandan bəri xeyli qanunsuzluqlara yol verib. İdarəyə verilmiş 24 AA 046 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 850 AZN əsaslı təmir xərci ayrılmışdı. Pul xərclənib, amma nəqliyyat vasitəsi hələ də təmir olunmayıb. Məndə məlumat var ki, həmin pul mənimsənilib. Bundan başqa 2014-cü il yanvarın 1-indən Anar Əhmədov yaxın qohumları olan Əhmədov Mikayıl Müslüm oğlunu sürücü, Əhmədov Elməddin Mikayıl oğlunu gözətçi vəzifəsinə təyin edib. Amma bu adamları hələ indiyə qədər heç kim şöbədə görməyib. Onların əmək haqqı kartları da Anar Əhmədovdadır. Beləliklə, bu yolla da xeyli pul mənimsənilir. Özü də təkcə əmək haqqı deyil, hər ay bu adamların adına yanacaq, mükafat yazılır. Onlar da təbii ki, Anar Əhmədova çatır. Qeyd edim ki, “gözətçi” Elməddin Əhmədov həm də Anar Əhmədova məxsus inşaat materialları mağazasında satıcı işləyir.
Bu mağaza Şirvan şəhərində fəaliyyət göstərir. “Sürücü” Mikayıl Əhmədov isə Şirvan şəhərində fəaliyyət göstərən ərzaq malları mağazasında sürücü işləyir. Anar Əhmədov vəzifəsindən istifadə edərək Muğan Bank Şirvan filialına müəyyən olunmuş məbləğ üçün saxta pensiya haqqında arayışlar verib. Ümumiyyətlə, bir sözlə demək olar ki, Anar Əhmədov şöbə müdiri yox, sanki şəxsi təsərrüfatının fermeridir. Faktiki olaraq qurumu şəxsi təsərrüfatı kimi idarə edir. Anar Əhmədov öz məqsədlərini həyata keçirmək üçün işçiləri saxtakarlığa məcbur edir və sanki məqsədyönlü olaraq dövlət vəsatini acgözcəsinə talamaq üçün işləyir. Narazı işçilərə isə bir sözü var: “İşləmək istəməyən ərizəsini yazsın”. Fiziki şəxslərin demək olar ki, pensiya təyinatı Anar Əhmədov tərəfindən ciddi olaraq kobud qaydada pozulur. Buna misal olaraq Ağakişiyev Elman İnjinar oğlu, Həsənov Mirzə Həsənbala oğlu (018253 pensiya işinin nömrəsi) adlı vətəndaşa Tikinti Abadlıq Servis MMC-dən saxta möhür ilə zərərli sahə təsdiq edilməsini göstərmək olar”.

Həmçinin oxuyun

Dəhşətli qəzada diri-diri yanan gənc İTV-nin sabiq əməkdaşı, Murad Dadaşovun işçisidir

Sentyabrın 19-da Bakı-Quba yolunda baş verən dəhşətli yol qəzasında ölənlərdən biri – Fuad Musazadə İctimai Televiziyanın sabiq …

Bir cavab yazın