Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Media / Doğuş zamanı qanaxmadan dünyasını dəyişən qadın, görün, kimin QIZI imiş?

Doğuş zamanı qanaxmadan dünyasını dəyişən qadın, görün, kimin QIZI imiş?

Qara Qarayevdə yerləşən 7 saylı doğum evində həkim səhlənkarlığından dünyasını dəyişdiyi iddia edilən Turanə Məmmədova ilə bağlı yeni məqamlar ortaya çıxıb. 

BiG.AZ-a daxil olan məlumatlara görə analiz aparılmadan qeysəriyyə əməliyyatı ilə doğuşu həyata keçirilən, lakin trombosit çatışmazlığı ilə qanaxmadan dünyasını dəyişən ana Turanə Məmmədova şəhid qızı imiş.

Onun atası Məmmədov Natiq Əhməd oğlu 1993-cü ildə Ağdam və Ağdərə istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub.

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı Səhiyyə Nazirliyi araşdırmalar aparıldığını, əldə olunan nəticələrin isə mətbuat vasitəsilə dərc ediləcəyini bildirib.

Doğuş zamanı qanaxmadan dünyasını dəyişən qadın, görün, kimin QIZI imiş

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın