Cümə , Aprel 26 2024
Ana səhifə / Media / DİM-in sınaq imtahanları baş tutmadı – SƏBƏB

DİM-in sınaq imtahanları baş tutmadı – SƏBƏB

Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün bu gün səhər saat 09.00-da nəzərdə tutduğu sınaq imtahanı baş tutmayıb.

“Qaynar” xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov “Facebook”da yazıb.

Onun sözlərinə görə, DİM məlumat verib ki, server yükləndiyindən istifadəçilər sistemə daxil ola bilməyiblər: “Bu qədər də qeyri-peşəkarlıq olmaz axı. 2 milyon manat pul qazanıblar 10 gün ərzində, serverlərinə bax. Adi kursların saytındakı sınaq imtahanları bunlardan peşəkar səviyyədə hazırlanıb. Gör hələ qəbul imtahanlarında nə şou-proqramlar olacaq”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın