Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Media / “Dəbdəbəli mülk və mallara ağır beynəlxalq vergilər qoyulmalıdır”

“Dəbdəbəli mülk və mallara ağır beynəlxalq vergilər qoyulmalıdır”

“The İndependent” qəzetində Kozo Yomomura yazır ki, ABŞ, Britaniya, Yaponiya və Avropa İttifaqı və ya “inkişaf etmiş ölkələr” kimi tanınan dövlətlər son üç onillik ərizində fəlakətli istiqamətdə hərəkət ediblər.

Məqalədə deyilir ki, asan maliyyə siyasətlərinin hamıya firavanlıq gətirəcəyi barədə gözləntilər doğrulmayıb.

Bu dövr ərzində hamı inanırdı ki, aşağı vergilər və canlanmış iqtisadiyyat cəmiyyətin bütün üzvlərini mənfəətləndirə bilər.

Lakin reallıq başqa şey deyir, Yomomura yazır.

1980-ci illərdə ABŞ-ın ÜDM-i 2, 62 faiz civarında dövr edib. 2007-2008-ci illərin iqtisadi böhranından sonra orta ÜDM 1, 42 faizə düşüb.

Yaponiyada bu rəqəm müvafiq olaraq 2, 61 və 1, 09 faiz olub.

Avropanın aparıcı iqtisadiyyatları – Fransa, Almaniya, Birləşmiş Krallıq, İtaliya və İspaniyada 1980-ci illərdə ÜDM 2, 42 faiz idi, lakin maliyyə böhranından sonra bu rəqəm mənfi 0, 65 faizə enib.

Eyni zamanda sosial ehtiyacların ödənilməsi üçün edilən investisiyalar kafi olmayıb.

Məqalədə deyilir ki, hazırda qəribə paradoks yaranıb. Varlıllarla yoxsullar arasındakı uçurum genişləndikcə, işsizlik artdqıca adamların əksəriyyəti nisbətən yüksək həyat səviyyəsində yaşayır.

Lakin 21-ci əsrdə kapitalizmin dinamik dəyişmələrə ehtiyacı var. Bunu etmək çətin olacaq, lakin etməmək fəlakətə səbəb ola bilər, müəllif yazır.

Cəmiyyətdə lüks və bahalı əşyalara iri pulların xərclənməsinə ehtiyac olub-olmaması məsələsi bir müddətdir ki, müzakirə olunur.

İndi daha çox minimalizm çağırışları eşidilir. Bir vaxtlar “kapitalizmin ölümünü” elan edən Occupy hərəkatı bildirir ki, dəyişikliyə kəskin ehtiyac var.

Yomomura yazır ki, bu barədə müzakirələr vergilərin ÜDM-in 5 faizinə çatdırılması məsələsindən başlanmalıdır.

ABŞ-da vergilərin ÜDM-in 5 faizinə çatdırılması əlavə olaraq 1 trilyon dollar vəsait verərdi ki, bu da ictimai ehtiyacların ödənilməsi üçün tamamilə kafi olardı.

Məqalədə deyilir ki, yüksək gəlirlərə malik adamların zirvə qrupuna daxil 1 faizindən tutulan vergilərin 45 faizə qaldırılması isə 276 milyard dollar büdcə gəliri verə bilərdi.

Bu, tələb olunan 1 trilyon dolların dörddə birindən çoxdur.

Korporativ vergilərin 10 faiz artırılması daha 350 milyard dollar vəsait yaradardı.

Eynilə Yaponiyada vergilərin ÜDM-in 5 faizinə çatdırılması əlavə olaraq 250 milyard dollar, Almaniyada isə 190 milyard dollar vəsait yaradardı.

Zənginliyə qoyulacaq beynəlxalq vergi barədə ciddi düşünmək lazımdır, Yomomura yazır.

Heç şübhəsiz belə ağır vergilərə zənginlərin müqaviməti olacaq, lakin zaman belə vergiləri dəstəkləyənlərin xeyrinə işləyir.

“Biz ətraf mühitin təmizliyini qorumaq üçün lüks əşyaların üzərinə böyük vergilər qoymalıyıq” – deyilir məqalədə.

Müəllifin fikrincə, ətraf mühitə ziyan üzərinə də ciddi vergilər qoyulmalıdır.

Bu da qeyd olunur ki, Ümumi Daxili Məhsulun hesablanması qaydası da dəyişdirilməlidir. Bu qaydalar 1930-cu illərdən qalır və artıq köhnəlib.

Kozo Yomomuro məqalənin yekununda yazır ki, cəmiyyətdə zənginlik və yoxsulluq arasındakı uçurumun aradan qaldırılması üçün ilk növbədə elektoratlar ayıq olmalı və lazımi dəyişiklikləri gətirə biləcək namizədlərə səs verməlidirlər (BBC).

Həmçinin oxuyun

Jurnalistin şantajla bağlı şikayəti əsassız olduğu üçün rədd edilib

Bir neçə ay bundan əvvəl “Sputnik” informasıya agentliyində muxbir işləyən, Jurnalist İradə Cəlil Baş prokurorluq …

Bir cavab yazın