Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Çörəyin içindən qurd çıxdı – Bakıda…

Çörəyin içindən qurd çıxdı – Bakıda…

Moderator.az xəbər verir ki, Bakı sakinlərinin birinin mağazadan aldığı çörəyin içindən qurd çıxıb.
Bu barədə paytaxt sakini öz feysbuk səhifəsində məlumat verib.
O bildirib ki, bu gün dünən aldığı çörəyin içindən qurd çıxdığını görüb:
“Mən artıq nə alacağımı bilmirəm. Çörəyi bir gün əvvəl almışdım. Aldığım tarixdə istehsal olunmuşdu. Örtüyündə yazılana görə. Üstündən 3 dilim yemişdik. Səhərisi çörək qabına çörək qoyurdum ki, çörək dilimlərinin arasından qurd çıxdı. Nə alıb yeyək? Bu qədər halalı harama qatırıq? Harda istehsal olunur? Nə qatılır? Allah özü bizi qorusun”.
Qeyd edək ki, çörək “Çörəkçi” firmasının məhsuludur.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın