Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Media / Bulvar ərazisində yeniliklər- bahalı güllərin üzərinə yazılan mesajlar – FOTOLAR

Bulvar ərazisində yeniliklər- bahalı güllərin üzərinə yazılan mesajlar – FOTOLAR

Dənizkənarı Milli park  (bulvar) ərazisində insanların rahatlığını təmin etmək üçün tikinti abadlıq işləri aparılır. Bulvar artıq yay mövsümünə hazırlaşır. Şahidi olduq ki,  bulvar ərazisinə yeni güllər əkilib, ətraf mühit  insanların istirahəti üçün daha yararlı hala gətirilir. Orada olan kafelərin də ətrafı səliqəyə salınır, stol-stullar içəridən eşiyə çıxarılır.  Eyni zamanda bulvar ərazisində sakinlərin idman etmələri üçün quraşdırılan alətlərin də sayı artırılıb. 
Bulvarda xalq arasında “şeytan çarxı” kimi tanınan kiçik attraksion söküldükdən sonra, onun yerində yeni attraksion da quraşdırılıb. Onu da qeyd edək ki, artıq attraksionlardan istifadə edənlərin də sayında artım var. Bunu onları çalışdıran şəxslər də təsdiqlədilər ki, ötən aylarla müqayisədə artıq işlərində canlanma müşahidə olunur.
Lakin bulvar ərazisində  neqativ hallar da qalır.  Bəzi  vətəndaşlarımız, dövlətin vəsaitləri hesabına qurulan bu şəraiti qorumaq əvəzinə, onu dağıtmaqla məşğuldurlar. Artıq idman alətlərinin bəziləri sındırılıb, sıradan çıxarılıb. Hətta bulvar ərazində əkilən xaricdən gətirilən xüsusi bahalı güllərin üzərinə müxtəlif yazılar, sevgi etirafları da yazılıb.
Sakinlərlə söhbətimiz zamanı onlar yaradılan bu şəraitdən razı olduqlarını bildirməklə yanaşı, Avropa oyunları ərəfəsində bulvar ərazisində telefonların enerji yığması üçün quraşdırılan xüsusi qurğuların oradan götürülməsindən narazılıqlarını bildirdilər. Onu da qeyd edək ki,  həmin qurğular hələ götürülməz öncə yararsız vəziyyətə salınmışdı…
Bu və ya digər məsələlərlə bağlı musavat.com-a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov danışıb. O bildirib ki,  ərazidə quraşdırılan trenajorların istifadəsindən razıdırlar:
“Bu alətləri elə də korlayanlar yoxdur. Ancaq hərdən olur ki, trenajor aləti sıradan çıxır. Bunu da normal qarşılayırıq ki, işlənən bir şey sıradan da çıxa bilər. Dərhal onu təmir edirik. Bizim müşahidələrimizə görə, idman alətləri  yaxşı vəziyyətdədir. Qeyd edim ki, bulvar ərazisində yalnız bəhs etdiyimiz idman alətlərinin yaxınlığında tikinti işi aparılır. Ora da təxminən indiki “Park-Bulvar”  kimi bir yer olacaq. Orada insanlar əylənəcək, dincələcək  və ticarət obyektlərindən alış-veriş edə biləcəklər. Bu tikili bulvarın ərazisində olsa da tikintini başqa bir təşkilat aparır. Tikinti ilə bağlı sualları da onlar cavablandıra bilərlər”.
N. Məcidov bildirib ki, bulvar ərazisində telefonlara enerji doldurmaq üçün quraşdırılan qurğular onlara aid olmayıb:
“Həmin qurğuları orada Bulvar idarəsi yox, Avropa Oyunları ərəfəsində bu oyunlarla bağlı bir təşkilat  quraşdırmışdı. Oyunlardan sonra qurğuları gəlib yığışdırdılar. Bulvar idarəsi  gələcəkdə yeni attraksionların gətirilməsi ilə öz işini davam edəcək. Bu yaxınlarda Kukla teatrının yaxınlığında götürülən attraksionun da yerində artıq 10 günə yaxındır ki,  kiçik yaşlı uşaqlar üçün başqa bir yeni karusel quraşdırılıb. Gələcəkdə də istismar müddəti bitən, köhnələn attraksionlar yeniləri ilə dəyişdirilə bilər. Artıq bulvar yay mövsümünə hazırlaşır. Bağlanmış ağacların üstü açılıb, çiçəklər əkilir.  Bütün lazımı işləri aparmaqda davam edirik”.









Həmçinin oxuyun

RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var – VİDEO

RBK-nın Dağlıq Qarabağa ezam olunmuş jurnalisti Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndində gördüklərindən danışıb. Onun …

Bir cavab yazın