Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Qafqaz Xəbər Agentliyinin adı çirkin məqsədlər üçün istifadə olunur-FOTO,VİDEO

Qafqaz Xəbər Agentliyinin adı çirkin məqsədlər üçün istifadə olunur-FOTO,VİDEO

Bu gün Azərbaycanda dələduzlar zamanla uyğunlaşırlar. İndiki dələduzlar banklarda hesab açır və əyri yollarla “qazandıq”ları pulları ora yönəldirlər. Çox zaman dələduzlar cəmiyətin mətbuata münasibətini bilərək,özlərini jurnalist kimi qələmə verirlər. 2014-cü ildə jurnalist etikasına zidd hərəkətlərinə görə, Qafqaz Xəbər Agentliyi Gədəbəydəki ştatdankənar müxbiri Qürbət  Yusubovla əməkdaşlığa son verib. Bu jurnalistlə əməkdadşlığın bitməsi haqda saytımızda da məlumat vermişdik. Düz iki il ərzində bu şəxs barədə heç nə eşitmədik. Bu günlərdə Qafqaz Xəbər AgentliyinəGədəbəy rayon sakini Sara Abbasova müraciət edərək bildirib ki, 2014-cü ildə onun qızı Rəna Abbasova həyat yoldaşı Akif Məmmədəliyevdən boşanıb.1-1-4

“Gədəbəy Rayon Məhkəməsi A.Məmmədəliyevin xeyrinə qərar qəbul edib. Bizim Apellyasiya şikayəti verdiyimiz ərəfədə, özünü Qafqaz Xəbər Agentliyinin müxbiri kimi təqdim edən Qürbət Şahvələd oğlu Yusubov bizi inandırdı ki, müəyyən pul müqabilində xeyrimizə məhkəmə qərarının çıxarılmasına nail ola bilər. O, 6-7 ay ərzində (2015-ci ilin avqust ayında) bizi müxtəlif bəhanələr və vədlərlə arxayın edərək, hissə-hissə olmaqla, ümumilikdə üç min manat pul qoparıb.

1-20O məbləğin bir qismi bilavasitə əlbəəl verilib, bir qismi isə bank vasitəsi ilə onun və bizə dediyi Elnarə Xələddin qızı Hüseynova adlı xanımın adına keçirilib. Sonda o bizdən daha 600 manat pul istədi, lakin biz artıq ondan şübhələnməyə başlamışdıq deyə, qabaqcadan daha pul verə bilməyəcəyimizi dedik. Ondan sonra Q.Yusubovla əlaqəmiz kəsildi, zənglərimizə cavab vermədi. Bizim sonradan öyrəndiyimizə görə, Qürbət Yusubov heç də Qafqaz Xəbər Agentliyinin işçisi deyil. O,13023484_975104762555766_1683592669_n (1) həmin agentliklə yalnız bir müddət əməkdaşlıq edib və qeyri-qanuni hərəkətlərinə görə, 2014-cü ildə Qafqaz Xəbər Agentliyi ilə əməkdaşlığına son qoyulub” – deyə S.Abbasova bildirib.

O qeyd edib ki, həmçinin, Qürbət Yusubovun başqa vətəndaşları da aldadaraq pullarını mənimsədiyi barədə də öyrəniblər: “Bu adamın fırıldaqçı olduğu qəti şübhə doğurmur. Sizdən xahiş edirəm ki, Qürbət Yusubovun bizdən mənimsədiyi pulu geri qaytarması və onun dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunmasını təmin edəsiniz. Bank çeklərini də sizə təqdim edirəm”.

Şikayətçi həmçinin Azərbaycanın daxili işlər naziri Ramil Usubova və Baş Prokuror Zakir Qaralova da müraciət edib. Qafqaz Xəbər Agentliyi olaraq, hər hansı şəxsin bizim adımızdan istifadə edərək vətəndaşlardan pul istədiyi təqdirdə, agentliklə əlaqə saxlamağı xahiş edirik. Bir daha bildiririk ki, Q. Yusubovun əməllərinə görə Qafqaz Xəbər Agentliyi məsuliyyət daşımır və bu şəxs barəsində tezliklə hüquqi ölçü götürüləcəyinə inanırıq.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın