Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Bu şəxslər avtobus sürmək üçün vəsiqə ala bilməzlər

Bu şəxslər avtobus sürmək üçün vəsiqə ala bilməzlər

“Yol hərəkəti haqqında” Qanuna avtobus sürücülərinin yuxarı yaş məhdudiyyəti ilə bağlı edilmiş dəyişiklik bu gündən qüvvəyə minir.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, dəyişikliyə əsasən, bu gündən etibarən 65 yaşı tamam olan şəxslər Azərbaycanda “D” və “DE” kateqoriyalı sürücülük vəsiqəsi ala bilməzlər:

“İndiyədək bu kateqoriyalar üzrə sürücülük vəsiqəsi olanlar isə 65 yaşa çatdıqdan sonra öz vəsiqələrinin qüvvədə olma müddətini uzada bilməzlər. Lakin hazırda “D” və ya “DE” kateqoriyaları üzrə sürücülük vəsiqəsi olan şəxslər malik olduqları vəsiqənin etibarlılıq müddəti bitənədək ondan istifadə edə bilərlər, çünki qüvvəyə minən dəyişiklikdə onun geriyə qüvvəsi barədə, yaxud hazırda istifadədə olan vəsiqələr barədə heç nə deyilmir. Bununla belə, həmin şəxslər öz vəsiqələrini uzağı etibarlılıq müddəti bitənədək istifadə edə biləcəklər. Növbəti dəfə onların vəsiqəsi dəyişdirilərkən onlara “D” və “DE” kateqoriyaları verilməyəcək”. (Milli.az)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın