Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Media / Bitki dərmanları satanların peşəkarlığı yoxlanılmır – VİDEO

Bitki dərmanları satanların peşəkarlığı yoxlanılmır – VİDEO

Yüksək məhsuldarlıq və ya zərərvericilərdən qorumaq üçün bəzən bitkilər dərmanlanır. Amma fermerlər bəzən istədikləri nəticəni ala bilmirlər. Nəticədə dərmanın keyfiyyəti və satıcının doğru dərman verib-verməməsi sual altında qalır.

Belə ki, fermerlər bir çox hallarda təsərrüfat üçün aldıqları dərmanların, yəni pestisitlərin keyfiyyətsiz olmasından, satıcıların kifayət qədər məlumatlı olmamasından şikayət edirlər. Nəticədə ya kifayət qədər məhsuldarlıq olmur, ya da sahə zərərvericilərdən qoruna bilmir.

Kənd təsərrüfatı üçün dərman vasitələri satanlar isə bunun günahını  fermerin özündə görür.Məsələ pestisitlərin keyfiyyətinə gəlincə isə, o zaman onların satıldığı məntəqələrə nəzarət məsələsi gündəmə gəlir.Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev qeyd edir ki, bu cür dərmanların  keyfiyyətinə nəzarət edilir. Satış məntəqələrinə isə ancaq əsaslı şikayət olduqda yoxlamalar aparıla bilər.Xidmət rəisi qeyd edir ki, dərman preparatlarının keyfiyyətinə, istehsal və ixracına nəzarət olunsa da, mağazada işləyən satıcının peşəkarlığı, mütəxəssis olub- olmaması yoxlanılmır. Bu, həmin mağazaları lisenziyalaşmasının tələb olunmaması ilə əlaqədardır.

Həmçinin oxuyun

Uzun iş günü insulta səbəb olur

Əgər insan uzun müddət istirahətsiz işləyirsə, onun insult riski artır. Bunu alimlər deyiblər. Uzun müddətli …

Bir cavab yazın