Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Surəti: Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova,
Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova,
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova,
Binəqədi rayonu, Naxçıvani küçəsi ev 39A saylı
binada yaşayan bir qrup insanların
Müraciəti
Hörmətli cənab Prezident! göstərilən ünvanda yaşadığımız 24 il ərzində binamızın zirzəmizində müxtəlif təşkilatlar qeyri-qanuni fəaliyyət göstəriblər. Belə ki, binamızın zirzəmisinin aparıcı divarı sökülmüş küçə və digər tərəflərdən qapı və pəncərə oyuqları açılmışdır. Bizim şikayətimiz nəticəsində Bakı Şəhər İcra Hakimiyyəti özünün 09. XI.2001-ci il tarixli sərəıncamla binanın konstruktiv möhkəmliyinə təsir göstərən yükdaşıyan divarda açılmış qanunsuz qapı oyuğunu hördürərək zirzəmini bağlatdırdı. Binəqədi rayon İcra Hakimiyyətinin başçısı H.Hüseynova tapşırıq verildi ki, sakinlərin haqlı narazılığına səbəb olmuş zirzəminin istifadəsi üçün verilmiş Binəqədi Rayon XDS İK-nin 19/484 saylı qərarını ləğv etsin və zirzəminin gələcəkdə zəbt olunmasının qarşısının alsın.
Bu sərəncamdan bir qədər sonra Fərhad Əliyevin sədrlik etdiyi Əmlak Komitəsi Hacıbala Abutalıbovun bağıatdığı qeyri- qanuni qapı oyuğunu təzədən sökdürdü və zirzəminin digər hissəsini də AMİP-in Binəqədi rayon şöbəsinə icarəyə verdi.
Qeyri rəsmi məlumatlara görə bu yaxınlarda Əmlak Komitəsi AMİP-in Binəqədi rayon şöbəsinin müqaviləsini ləğv edərək binamızın altındakı zirzəmini yenə kimlərəsə icarəyə verib(yaxud özəlləşdirib). Hal-haşırda binanın zirzəmisində qeyri-qanuni söküntü işləri apararırlar. Səs-küydən dayanmaq olmur.
Hörmətli cənab Prezident! Sizdən xahiş edirik. binamızın zəlzələyə davamlılığını artırmaq, gələcəkdə baş verə biləcək fövqəladə halların qarşısını almaq məqsədilə qeyri-qanuni icarə və ya özəlləşdirmənin qarşısını alaraq, binamızın ümumi istəfadəsinə məxsus olan zirzəmidən kənar insanların çıxarılması haqqında göstəriş verəsiniz.
Dərin hörmətlə, binanın sakinləri:
Müraciətin fotosurətini mətnə əlavə edirik: