Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / DYP sürücünü günahlandırmağa tələsir? – ARAŞDIRMA

DYP sürücünü günahlandırmağa tələsir? – ARAŞDIRMA

“İndidən kim deyə bilər ki, Xızıda baş verən qəzada sürücü təqsirlidir?”

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində turizm səyahətinə çıxamaq istəyən hüquqi və fiziki şəxslərə müraciət edib.

Müraciətdə bildirilir ki, son illər respublikada turizm sahəsində keçirilən islahatlar və turizm sektoruna dövlət tərəfindən göstərilən qayğı nəticəsində bu sahə inkişaf edib, ayrı-ayrı regionlara səfərə çıxan xarici və yerli turistlərin sayı artıb:

“Bu səfərlərin təşkili müxtəlif turizm şirkətləri ilə yanaşı ayrı-ayrı fiziki şəxslər tərəfindən də həyata keçirilir. Lakin qeyri-müntəzəm şəkildə təşkil edilmiş turlar zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət etmələrinə nəzarət olunmur, daşımalara cəlb edilmiş nəqliyyat vasitəsinin marşrutun keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına diqqət yetirilmir ki, bu da bəzən ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir” .

Xatırladaq ki, mayın 29-da asudə vaxtlarını öz təşəbbüsləri ilə Xızı rayonunda keçirmək məqsədilə bu bölgəyə səfər edən Sumqayıt Dövlət Texniki Kollecinin bir qrup müəllim və texniki heyəti yol-nəqliyyat hadisəsi nəticəsində qəza keçirib. Qəzada Sumqayıt Dövlət Texniki Kollecinin 3 nəfər əməkdaşı ölüb, digərləri isə müxtəlif dərəcədə xəsarət alıb. Avtobusun aşması nəticəsində xəsarət alan şəxslər Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Sumqayıt şəhər Səhiyyə şöbəsinin əməkdaşı Xalidə Quliyeva APA-ya açıqlamasında deyib ki, onlardan 3-ü neocərrahiyyə, 1-cərrahiyyə, qalanları isə travmatalogiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.maxresdefault2

Qafqaznews.az olaraq, maraqlanmaq istədik, DYP-nin son bəyanatınən Xızıda baş verən qəza ilə əlaqəsi varsa, o zaman DYP rəsmiləri hardan əmindirlər ki, qəzaya səbəb məhz sürücünün qeyri-peşəkarlığı olub?

Digər tərəfdən, turizm şirkətlərinin bu xidmətləri daha diqqətli və təhlükəsiz şəkildə yerinə yetirilməsi ilə bağlı əminlik hardandır? Bu istiqamətdə hər hansı monitorinq keçirilirmi?

Bakı ŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polis polkovnik-leytenantı Vaqif Əsədov Qafqaznews.az-a bildirdi ki, istənilən fiziki və ya hüquqi şəxs işə sürücü götürəndə onun peşəkarlığını nəzərə almalıdır.

“Turizm şirkətlərinin sürücülərin peşəkarlığının yoxlanılması ilə bağlı nə kimi tədbirlər görmüsünüz?”sualına cavab olaraq Vaqif Əsədov qeyd etdi ki, hələ indiyə qədər turizm şirkətləriylə qarşılaşması, görüşməsi olmayıb. Amma Bakıda avtomobil parkı olan irili-xırdalı bir çox şirkətlərin sürücüləri ilə görüşmüş, danışmışıq. Qeyd edim ki, SOCAR-da 6 min avtomobil və bir o qədər sürücü var, onların hər biri diqqətlə yoxlanılaraq işə götürülüb. Sürücülük bir peşədir. Burda əsas tələb peşəkarlıq və yol hərəkət qaydalarına riayət edilməsidir. Qəzaların 98 faizi məhz yol hərəkət qaydalarını pozmaq üzündən baş verir. Cəmi 2 faiz isə texniki səbəblərlə bağlıdır”, – deyə V.Əsədov bildirib.скачанные файлы

Respublika BDYPİ-inin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə sayta bildirib ki, hər hansı turizm şirkəti işə sürücü götürərkən, həmin şəxs barədə DYP-ə sorğu göndərir: “Sürücünün əvvəllər yol hadisəsi törədib-törətmədiyi, dağlıq yollarda avtomobili idarə etmək qabiliyyəti də yoxlanılır. Şirkətlər sürücünün peşəkarlığına görə məsuliyyət daşıyırlar, ona görə də, bu istiqamətdə sərnişinlərin təhlükəsizliyi daha yaxşı təmin olunur. Biz də vaxtaşırı olaraq, Beynəlxalq Avtovağzalda olur, sürücülərlə bu istiqamətdə söhbətlər edirik”.

Əməkdaşımız Xızıda baş verən qəza ilə bağlı soruşduqda, Kamran Əliyev bildirdi ki, avtobus sürücüsü Şirinov Zaur Murtuz oğlu BCD kateqoriyalarına malikdir: “Bundan əvvəl də bir neçə yol hərəkət qaydalarını pozmaqla bağlı inzibati xətaları olub, lakin cərimələri ödəyib. O, İXM-in bir neçə maddəsini pozmasına görə, ayrı-ayrı vaxtlarda məsuliyyətə cəlb olunub”.20160530-105339link

K.Əliyev hadisə ilə bağlı hazırda istintaq getdiyini desə də, sürücünün peşəkarlığı ilə bağlı fikirlərini də qeyd etdi.

“Hazırda ekspertiza gedir. Sürücü həmin an əyləcin imtina etdiyini bildirib. Lakin bunun da səbəbləri var. Sürücünün enişli-yoxuşlu yollarda sürücülük təcrübəsi çox deyil. O nəzərə almayıb ki, həddən artıq əyləcdən istifadə etdikdə yüklü avtomaşının əyləc sistemi də sıradan çıxa bilər. Həm də, çoxdan istismarda olan maşındır. Burda versiyalar müxtəliскачанные файлы (1)fdir. Amma istənilən halda, ekspertiza bunların hamısına aydınlıq gətirəcək”, – deyə K.Əliyev bildirib.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə DYP rəsmilərini açıqlamalarını şərh edərkən, sualla çıxış etdi: “Bunu hardan demək olar? Buna sübut var? Onlar hardan əmindirlər ki, hər hansı turizm şirkətinin sürücüsü belə bir halda daha diqqətli davranacaq və qəza baş verməyəcək? Vaxtaşırı görüşmək-danışmaq yetərli deyil, konkret olaraq treninqlər, təlimlər keçirilməlidir. Sadəcə bəyanat verməklə iş bitmir”.

Mirvari Qəhrəmanlı indidən sürücünün günahlandırılmasını da düzgün saymadığını vurğuladı.1464617711_chshyash

“İndidən kim deyə bilər ki, Xızıda baş verən qəzada sürücü təqsirlidir? Təqsirsizlik prezumpsiyası var. İstintaq bitmədən, məhkəmə qərarı vermədən, DYP rəsmisi hansı əsasla sürücünü günahlandıra bilər? Bəlkə, doğrudan da sürücünün günahı yoxdur, elə peşəkar sürüdür və əslində günah başqalarındadır? Və ya orda lazımi xəbərdarlıq işarəsi qoyulmayıb? Qoy baxsınlar, araşdırsınlar. Sonra bu barədə daha konkret danışmaq olar. Təəssüf ki, bizdə yola görə heç kim məsuliyyətə cəlb olunmur. Dərhal sürücünü də günahkar bilmək yaxşı hal deyil”, – deyə hüquq müdafiəçisi əlavə etdi.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın