Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Binada yaşamadan borc yığılıb – VİDEO

Binada yaşamadan borc yığılıb – VİDEO

Bakı sakini Xaliq Məmmədov başına qeyri-adi bir hadisə gəlib. Tikinti şirkətlərinin birinə verdiyi avadanlıq əvəzində ev alıb. Hətta evi aldığına dair müqaviləsi və heç bir borcu olmadığına görə maliyyə sənədi var. Amma buna baxmayaraq 3 ildir ki, ona evinin açarları verilmir.

Xaliq Məmmədovun sözlərinə görə, tikinti şirkətinin ona evin açarlarını verməməyinə səbəb komunal xidmətlərə görə tələb etdikləri puldur.

Mütəxəssislər sayğaclara görə ev sahibinə açarların verilməməsini qanuna uyğun olmadığını bildirirlər. Nazirlər Kabinetinin müvafiq qaydalarına əsasən, tikinti şirkətlərinin ev sahibindən sayğacların quraşdırılması ilə bağlı pul tələb etməsi qanunsuzdur.

Hüquqşünans Xəyal Bəşirovun sözlərinə görə, bununla bağlı ev sahibi həmin tikinti şirkətini məhkəməyə verib hüquqlarını tələb edə bilər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın