Çərşənbə , Avqust 21 2019
Ana səhifə / Media / Binəqədi qazsız qaldı – “Ac-susuzuq, donuruq“

Binəqədi qazsız qaldı – “Ac-susuzuq, donuruq“

Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsinə təbii qazın verililişi dayandırılıb.
Bu barədə AzNews.az-a qəsəbə sakinləri məlumat verib. Bildiriblər ki, bu gün günorta saatlarından etibarən qəsəbə ərazisində qaz kəsilib. Sakinlərin sözlərinə görə, bununla bağlı aidiyyəti qurumlara dəfələrlə məlumat versələr də, bu saata kimi qazın verilişi bərpa olunmayıb: “Günortadan qaz kəsilib. Donuruq. Bir stəkan isti çay içə bilmirik. Uşaqlar ac-susuzdur. Müraciət edirik, heç bir nəticəsi olmur”.

“Azəriqaz” istehsalat birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalayev AzNews.az-a açıqlamasında sözügedən ərazidə təmir işlərinin aparıldığını deyib: “Qaz xətləri dəyişdirilir. Qazın verilməsi saat 22.00-dan sonra mümkün olacaq”.

Həmçinin oxuyun

Gürcüstanın “Rustavi 2” kanalına alıcı tapılmayıb

“Gürcüstanın “Rustavi 2” televiziya kanalı bir həftədir satışa çıxarılsa da, ona alıcı tapılmayıb”. “Report”un Gürcüstan …

Bir cavab yazın