Bazar , Noyabr 29 2020
Ana səhifə / Media / Bazardan kartof aldı, içərisi qırmızı rəngdə çıxdı – VİDEO

Bazardan kartof aldı, içərisi qırmızı rəngdə çıxdı – VİDEO

Beyləqanda bir nəfər bazardan kartof alıb. Evdə doğrayarkən kartofun içinin qırmızı oldduğunu görüb.

Həmin şəxs bununla bağlı görüntüləri xezerxeber.az-a göndərib.

O, kartofu Beyləqan şəhərində bazardan aldığını deyir.

Sayt isə paytaxtadkı bazarlarda belə halların olub olmamasını araşdırıb. Məlum olub ki, başqa alıcılar da belə hala rast gəliblər.

Elə satıcılardan da bəziləri belə halların olduğunu deyib. Onların sözlərinə görə, içərisi qırmızı kartofa həm yerli, həmdə xaricdən gətirilən məhsullarda rast gəlinir.

Məsələ ilə bağlı sayt Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xdiməti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, kartof laboratoriyada analizdən keçdikdən sonra münasibət bildirmək olar. Ümumilikdə isə qurumdan burada müxtəlif səbəblərin ola biləcəyi deyilib. Belə ki, əgər torpaqda fosfor, kalium, dəmir çox olarsa, kartofun içərisi qırmızı olur. Bununla yanaşı kartofun növündən də çox şey aslıdır. Belə kartofdan istifadə insan orqanizmi üçün təhlükəli deyil. Hansısa vətəndaş belə halla qarşılaşdıqda qurumun laboratoriyasına müraciət edə bilər.

Qeyd edək ki, ötən il ərzində Dövlət Fitosanitar Nəzarəti Xdiməti tərəfindən 54 min 167 kiloqram yararsız kartof dövriyyədən çıxarılaraq məhv edilib.

Həmçinin oxuyun

“Gəncə və Bərdədə gördüyümüz səhnələr dəhşətli idi” – Fransalı jurnalist

Döyüş zonasından uzaqda yerləşən Bərdə bazarına kasetli bombalarla hücum edilmişdi. Bu, dəhşət idi, bomba heç …

Bir cavab yazın