Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / İlin ilk uşağı Qubada dünyaya gəldi

İlin ilk uşağı Qubada dünyaya gəldi

2017-ci ildə Quba rayonunda ilk körpə dünyaya gəlib.

Quba Perinatal Mərkəzindən “Report”-a verilən məlumata görə, 00:03 radələrində anadan olmuş ilk körpə Quba şəhəri, Memar Əcəmi, ev 32 ünvanında yaşayan Hüseynovların ailəsinə sevinc bəxş edib. Atası Hüseynov Azər İsmət oğlu, anası isə Hüseynova Aynur Elman qızıdır. Anadan olmuş uşaq qızdır, o, sağlamdır.

2016-cı il dekabrın 31-dən 2017-ci il yanvarın 1-nə keçən gecə saat 23:45 radələrində isə Quba rayonunda sonuncu körpə anadan olub. Quba şəhəri, ev 81 ünvanında yaşayan İlyasovlar ailəsinə sevinc bəxş edən oğlan uşağı saat 19:00 radələrində anadan olub. Onun çəkisi 3,6 kiloqram, boyu 0,50 santimetrdir.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın