Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / “Başıma düşdü, məni öldürə bilərdi” – Qazaxda sakinlərin başına “daş yağır” – VİDEO

“Başıma düşdü, məni öldürə bilərdi” – Qazaxda sakinlərin başına “daş yağır” – VİDEO

Qazaxda 2 mərtəbə 11 mənzildən ibarət mənzilin sakinləri təhlükə ilə üz-üzədir.

ARB TV xəbər verir ki, 64 ildir istismara verilən binanın damından sakinlərin başına daş yağır.

Sakin: “Burdan nəinki uşaq, böyük adam da keçə bilmir. Daş onun başına düşsə Allah göstərməsin, böyük faciədir. Bir balaca təkan, kiminsə başına uçmalıdı. Suvağın qırığı tappıltıynan təpəmə düşüb. Bəlkə də bir az iri olsaydı, məni öldürərdi”.

Bu binanın sakinlər hər dəfə mənzillərinə gedib gələrkən təhlükə ilə üzləşirlər.

Bina Qazax rayon korporotiv cəmiyyətin balansındadır. Qapı qıfıllı olduğu üçün qrumun münasibətni örgənmək mümkün olmayıb.

Şəhər İcra nümayəndiliyindən əldə olunan məlumata görə isə Qazaxda 179 yaşayış binası var ki, onların 69-da təmir-bərpa işləri gedir. Sözügedən qəzalı binanın da dövlət hesbaına təmiri nəzərdə tutulub. Bu bina avqust-sentyabr aylarında təmirə veriləcək.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın