Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Media / “BakuBus” sərnişini öz həyatını təhlükəyə atdı – Video

“BakuBus” sərnişini öz həyatını təhlükəyə atdı – Video

Aprelin 28-i səhər saatlarında şəhərin mərkəzi küçələrinin birində “BakuBus”avtobusundan istifadə edən sərnişin qaydalara zidd hərəkət edib.

“Qafqazinfo”nun məlumatına, “BakuBus”ın yaydığı videogörüntüdən görünür ki, cavan oğlan avtobusun svetaforda saxlamasını qəbul etməyərək qapını açmağa çalışır və ancaq fövqəladə hallarda sərnişinlərin təxliyyə edilməsi üçün nəzərdə tutlmuş vasitədən istifadə edərək avtobusun qapısını açıb yolun ortasında düşür. Sərnişin nəqliyyatın gur olduğu yerdə avtobusdan enməklə yolda olan digər nəqliyyat vasitələri üçün də təhlükə yartmış olur . Təəssüf ki, onun bu hərəkətərinə etiraz etməli olan sərnişinlərdən bəziləri ona haqq qazandırmağa çalışır və hətta onun arxasınca avtobusdan düşürlər.

“BakuBus”ın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyev bir daha ictimai nəqliyyatdan istifadə edən sərnişinləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb: “Sərnişinlərimizdən  ictimai nəqliyyatda bu cür hərəkətlərə yol verən sərnişinlərə qarşı elə yerindəcə düzgün münasibət ortaya qoymalarını, onları  bu təhlükəli əməllərindən çəkindirmək üçün ictimai qınaq yaratmalarını xahiş edirik”.

Həmçinin oxuyun

ATV-nin prezidentindən İlkin Xəlilovla bağlı açıqlama

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Azər Xəlilov   sosial şəbəkələrdə telekanalın jurnalisti İlkin …

Bir cavab yazın