Cümə , Aprel 26 2024
Ana səhifə / Media / “BakuBus” avtobuslarına sürət limiti qoydu

“BakuBus” avtobuslarına sürət limiti qoydu

“Sərnişindaşımada təhlükəsiz xidməti əsas götürdüyümüz üçün “BakuBus”a məxsus avtobuslarda daxili mexaniklərimiz tərəfindən tənzimləmələrdə sürət həddi 50km/saat olaraq nizamlanır və sürücü bu limiti dəyişmə imkanına malik deyil”.

Azinforum.az bildirir ki, bunu “BakuBus”un mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova sosial şəbəkə vasitəsi ilə elan edib.

N.Allahyarova əlavə edib ki, hər hansı texniki nasazlıq nəticəsində sürət həddi maksimum 99 km/saat həddində aşıla bilər. Bu isə sürücü müdaxiləsi ilə deyil, texniki nasazlıq nəticəsində mümkündür.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın