Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Özünü yandıran qadının vəziyyəti ağırdır: Onun bədənin 60 faizi yanıb

Özünü yandıran qadının vəziyyəti ağırdır: Onun bədənin 60 faizi yanıb

Ağcabədidə intihar məqsədi ilə özünü yandıran 52 yaşlı Zərnişan Ələkbərovanın vəziyyəti ağırdır.
Bunu musavat.com-a 5 nömrəli Şəhər Klinik Xəstəxananın Yanıq şöbəsinin baş həkimi Şöhrət Məmmədov deyib.
Baş həkimin sözlərinə görə, Z.Ələkbərovanın bədənin 60 faizi yanıb: “Xəstənin nəfəs borusu ciddi xəsarət alıb. O, başından benzin tökərək, özünü yandırıb. Baş və boyun hissəsi tamamilə yanıb. Həyatı üçün təhlükə var. Hazırda reanimasiyaya yerləşdirilib. Vəziyyətinin ağır olması və ən pis hala hazır olmaları üçün ailəsinə də məlumat vermişik”.
Baş həkim onu da bildirib ki, xəstənin yaxınları onun özünü yandırmasının səbəbi kimi ailə münaqişəsini göstəriblər.
Z.Ələkbərovanın özünü yandırmasının səbəbi kimi ailənin borcunun olduğu da bildirilir. Lakin Z.Ələkbərovanın ailə üzvləri bu haqda danışmaq istəmirlər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın