Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Media / Bakıda viran qalmış yataqxanada həyat – FOTO

Bakıda viran qalmış yataqxanada həyat – FOTO

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2. 17 saylı yataqxanada yaşayan sakinlər yataqxananın bərbad vəziyyətdə olmasından şikayətçidir.

Qafqazinfo-nun məlumatına görə, sakinlərin sözlərinə görə, yataqxana 2 mərtəbə olmaqla keçən əsrin əvvələrindən tikilib və orada çoxu qaçqın və məcburi köçkünlər olmaqla 100 nəfərdən çox vətəndaş yaşayır: “Bina qəzalı vəziyyətdədir, divarlarda çatlar əmələ gəlib, kanalizasiya, su xətləri sıradan çıxıb. Yataqxananın içərisində antisanitariya hökm sürür. Çat əmələ gələn divarlarda hər an uçma təhlükəsi var. Özümüz və körpə övladlarımız həyəcan vəziyyətində yaşayırıq. Burada yaşayan insanlar arasında infeksiyon xəstəliklər yayılıb”.

Sakinlər qeyd edib ki, yataqxana Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır, lakin Sabunçu Rayonu İcra Hakimiyyətinin yaşayış ərazisinə daxildir: “Nə Bakı Şəhəri İcra Hakimiyyəti, nə də ki Sabunçu Rayonu İcra hakimiyyəti problemlə maraqlanır. Dəfələrlə müraciət etmişik. Lakin heç bir nəticəsi olmayıb”.





Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …

Bir cavab yazın