Bazar , Oktyabr 20 2019
Ana səhifə / Media / Bakıda uşaq yeməyindən qurd çıxdı – Foto

Bakıda uşaq yeməyindən qurd çıxdı – Foto

Bakıda satışda olan uşaq yeməyi “Aquşa”dan qurd çıxıb.

 

Axar.az-ın xəbərinə görə, bu barədə Aygün Zeynalova adlı vətəndaş Feysbuk səhifəsində yazıb.

 

O, faktı özündə əks etdirən foto paylaşıb. A.Zeynalova bu firmanın məhsullarını almamağa çağırıb. Vətəndaş şikayət edəcəyini də açıqlayıb.

 

“Uşaq üçü yemək hazırlayanda içindən qurdlar çıxdı. Bu, insanlığa yaraşmayan işdir. “Aquşa” firmasının məhsullarını almayın. İlahi, bu nə deməkdir? Uşaq çox narahatdır. Xahiş edirəm, diqqətli olun”.

 

Qeyd edək ki, daha əvvəl də “Aquşa”nın sıyığında çoxlu çöküntülər aşkar olunub.

 

Həmçinin oxuyun

“İsa Qəmbərin mövqeyi etik qaydaya sığmırdı” – Yadigar Sadıqlı

Müsavat Partiyasının IX qurultayında başqanlığa namizədliyini irəli sürən, qurultaydan sonra açıqlama və fikirləri ilə diqqət …

Bir cavab yazın