Çərşənbə , İyul 17 2019
Ana səhifə / Media / Bakıda məktəblilər arasında unikal bilik yarışı keçirilib – FOTO

Bakıda məktəblilər arasında unikal bilik yarışı keçirilib – FOTO

Bu gün Bakının Xətai rayonundakı 287 saylı «Zəkalar» liseyində ənənəvi ümumrespublika «Zəka» bilik yarışı keçirilib.

Virtualaz.org xəbər verir ki, 1992-ci ildən bəri hər il 28 May — Respublika Günündə təşkil olunan bu yarışda Bakı məktəbləri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrindəki ümumtəhsil müəssisələrinin şagirdləri iştirak edir. «Zəka» bilik yarışı onun təşəbbüskarı və təşkilatçısı olan görkəmli pedaqoq Rafil İmanovun adını daşıyır.

«Zəkalar» liseyinin direktoru Aygün Əhmədlinin virtualaz.org-a bildirdiyinə görə, yarışın unikallığı burada müəllim heyətinin iştirakının minimum səviyyədə olmasındadır. Başqa sözlə, yarışı məktəbin məzunları və şagirdləri təşkil edir. Test tapşırıqlarının tərtib edilməsindən tutmuş, qaliblərin mükafatlandırılmasına qədər bütün təşkilati yükü vaxtilə «Zəkalar» liseyində təhsil almış ziyalılar və məktəbin şagirdləri öz üzərinə götürüblər. Yeri gəlmişkən, müşahidə etdiyimizə görə, yarışın gedişində sinif otaqlarında nəzarətçi funksiyasını da liseyin yuxarı sinif şagirdləri həyata keçiriblər.

A.Əhmədli bildirdi ki, yarışın şərtlərinə görə, qalib 100 manat pul və digər qiymətli hədiyyələrlə mükafatlandırılır. İkinci yerin sahibi 70, üçüncü yeri tutan iştirakçısı isə 50 manat qazanır.

Qeyd edək ki, yarışdan sonra liseyin həyətində Respublika Gününə həsr olunmuş konsert keçirilib, qaliblər mükafatlandırılıb.

Yarışın adını daşıdığı mərhum pedaqoq Rafil İmanovun qızı, liseyin müəllimi Qutaiyyə İmanova müxbirimizə deyib ki, ilk vaxtlar yarışın keçirilməsində məqsəd yeni yaradılan «Zəkalar» liseyinə istedadlı yeniyetmələrin cəlb edilməsi olub. İllər keçdikcə yarış genişlənərək ümumrespublika miqyasında təşkil olunmağa başlayıb. Məqsəd isə əvvəlkitək istedadlı gənclərin müəyyən edilməsi və onların daha mükəmməl təhsilinin təşkili, şagirdlərin bilik səviyyələrinin müəyyənləşdirilməsidir.

Həmçinin oxuyun

Uzun iş günü insulta səbəb olur

Əgər insan uzun müddət istirahətsiz işləyirsə, onun insult riski artır. Bunu alimlər deyiblər. Uzun müddətli …

Bir cavab yazın