Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Bakıda kanalizasiya suyu ətrafa daşdı: evlər və obyekt su altında qaldı

Bakıda kanalizasiya suyu ətrafa daşdı: evlər və obyekt su altında qaldı

Paytaxtın Binəqədi rayonu, Baksol adlanan yaşayış massivində kanalizasiya suyu daşaraq ətrafa yayılıb.

Xəzər TV bildirir ki, bir neçə ev və obyekt su altında qalıb.

Sakinlərin sözlərinə görə, təxminən 2 aya yaxındır ki, sözügedən ünvanda bu mənzərə yaşanır.

Nəticədə ərazidə qamışlıq yaranıb və sağlamlıq üçün zərərli olan bir sıra həşəratlar əmələ gəlib.

Problemlə bağlı Rəsulzadə qəsəbə bələdiyəsindən bildirilib ki, məsələdən xəbərdardılar. Sözügedən problemin aradan qaldırılması üçün artıq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciət göndərilib. “Azərsu”dan isə müraciətə cavab olaraq bildirilib ki, həftənin 2-ci günü həmin əraziyə texnikalar gödəriləcək və xətt yenidən əsaslı şəkildə təmizlənəcək.

Bənzər problem Sumqayıtda da yaşanır. “Yaşıldərə” adlanan ərazidə Abşeron magistral kanalına sakinlər tərəfindən atılan tullantılar suyun səviyyəsinin qalxmasına səbəb olur.

Çirkab suları evlərə və həyətlərə dolaraq ciddi ziyan vurur.

Abşeron Suavarma sistemləri idarəsindən bildirilib ki, kanal hər zaman nəzarətdə saxlanılır. Ancaq sakinlər tərəfindən gecə saatlarında atılan tullantılar qalaqlanır və çirkab su evlərə dolur. İdarə əməkdaşları kanal boyu nəzarət həyata keçirir. Bu kimi halların qarşısını almaq məqsədilə həmin əraziyə tullantı atanlara müəyyən məbləğdə cərimə tətbiq oluna bilər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın