Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Bakıda ana 12 yaşlı qızını çölə atdı – VİDEO

Bakıda ana 12 yaşlı qızını çölə atdı – VİDEO

Bakıda 12 yaşlı qız anası tərəfindən küçəyə atılaraq, tərk edilib.

Cəmi 12 yaşı olsa da, artıq həyatın ən çətin tərəfi ilə üzləşib, valideynsiz qaldığından Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

Anası onu 3 gün əvvəl sığınacağın qarşına qoyaraq çıxıb gedib. Qızcığaz anasının onu tək qoymaması üçün yalvarsa da, bir faydası olmayıb.

Bir müddət küçələrdə qalan qızcığaz, artıq anasını istəmədiyini deyir. Səbəb isə təkcə sığınacağa atılması deyil, daim onun tərəfindən zorakılığa məruz qalmasıdır.

Uşağın sözlərinə görə, yaxşı ana övladına zülm verməyən, ona qayğı göstərən insandır.

12 yaşınadək anası onun təhsil almasına da imkan verməyib. Qızcığazın ən böyük arzularından biri təhsil alıb müəllimə olmaqdır. Ancaq hələlik reablitasiya prosesinə cəlb edilib.

Balaca qızcığaz olanlara baxmayaraq, anasının gələcəyi günü səbirsizliklə gözləyir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın