Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Media / “Bəzi sahibkarlar uşaq əməyindən sui-istifadə edir”

“Bəzi sahibkarlar uşaq əməyindən sui-istifadə edir”

Dəniz mövsümü ilə əlaqədar olaraq çimərliklərdəki obyektlərdə uşaq əməyindən istifadə hallarının sayı kəskin surətdə artmaqdadır. Həm obyektlərdə müştərilərə xidmət göstərən, həm də səyyar şəkildə müxtəlif məhsulların satışını həyata keçirən bu azyaşlıların arasında hətta 5-ci-6-cı sinif şagirdləri belə mövcuddur. Və nə qədər qəribə olsa da uşaq əməyinin aşkar şəkildə istismarına heç bir dövlət orqanı müdaxilə etmir.
Maraqlıdır, azyaşlıların bu şəkildə istismar edilməsinə hüquq-mühafizə orqanları müdaxilə etməlidirmi? Qanunda azyaşlı əməyindən faydalanan sahibkarların cəzalandırılması nəzərdə tutulubmu?
Bununla bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov bunun ciddi qanun pozunusu olduğunu vurğuladı:
“Konstitusiyanın 17-ci maddəsinə görə, 15 yaşdan aşağı uşaqları işlətmək, onları işə qəbul etmək olmaz. Bu, çox ciddi, konstitusyon norma pozuntusudur.
Dəniz kənarında fəaliyyət göstərən bəzi sahibkarlar uşaq əməyindən sui-istifadə edirlər. Uşaq əməyi ucuz olduğuna görə onlar müxtəlif xidmətlərin tətbiqində bu əməkdan faydalanırlar. Bir çox hallarda onlara bu əməyin müqabilində çox az pul ödənilir və ya ödənilmir. Bu, çox ciddi qanun pozuntusudur. Uşaq əməyindən istifadə edən sahibkarla cinayət məsuliyyətinə cəlb edilib cəzalanmalıdır. Bu, qanun və konstitusiyanın tələbidir”.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın