Ana səhifə / Media / Yasamal RİH sakinlərə təzyiq üçün “bomj”lardan istifadə edir?

Yasamal RİH sakinlərə təzyiq üçün “bomj”lardan istifadə edir?

Avqustun 4-də saytda “Yasamal RİH “İnşaat və Konstruksiyalar” şirkətini qorumağa davam edir?” başlıqlı yazı dərc olunub. Məqalədə bildirilirdi ki, Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən “alimlərin yataqxanası” kimi tanınan bina sökülməyə başlanıb. “Şərifzadə 33 ünvanında yerləşən bina qəza vəziyyətindədir”, – bu sözləri saytda Yasamal RİH-in təsərrüfat şöbəsinin müdiri Şahin Məmmədov bildirib. Ş.Məmmədovun sözlərinə görə, bu il fevralın 25-də Nazirlər Kabineti qərar çıxarıb ki, qəza vəziyyətində olan binaları sökən şirkətlər sakinləri müvəqqəti mənzillə təmin etməlidir.406570360-1

“Kirə mənzillər üçün ödənişlər də inşaat şirkəti tərəfindən təklif olunur. Şirkətlə sakinlər arasında fərdi müqavilə bağlanır. Bu müqavilə əsasında da qəza vəziyyətindəki ev sökülür. Şərifzadə 33 ünvanındakı binanın söküntüsü “İnşaat və Konstruksiyalar” MMC tərəfindən həyata keçirilir. Sökülən binanın yerində yeni ev tikiləcək ki, həmin binada mənzillərin yaşayış sahəsi əvvəlkindən 20 faiz daha böyük olacaq. Dövlət bu prosedura bir qəpik də xərcləməyəcək”, – deyə şöbə müdiri qeyd etdi.

“Biz “İnşaat və Konstruksiyalar” MMC-nin yerləşdiyi ünvanı heç cür tapa bilmirik. Bu şirkət ancaq kağızda mövcuddur”, – deyə Şərifzadə 33 ünvanındakı binanın sakini Əzizağa Ələkbərov sayta bildirib. Başqa bir sakin Xatirə İsmayılovanın sözlərinə görə, 22 saylı MİS-in rəisi Məmməd Hüseynov ona təklif edib ki, mənzilini tərk edib kirəyə köçsün. Məmməd Hüseynov mənə “İnşaat və Konstruksiyalar” şirkəti adından aylıq 300 manat aylıq kirəpulu təklif edib”, – deyə Xatirə İsmayılova qeyd edib.

Biz MİSR rəisi Məmməd Hüsey406570844-1novdan soruşduq ki, nəyə görə şirkət adından danışıqları Yasamal RİH işçisi olduğu halda o aparır? “Ona görə ki, bunu mənə RİH başçısı İbrahim Mehdiyevin özü tapşırıb”, – deyə Məmməd Hüseynov saytda cavab verib. Avqustun 2-də biz jurnalist araşdırmasını davam etdirmək qərarına gəldik. Bu dəfə bizi növbəti sual maraqlandırırdı: “Şərifzadə 22 ünvanındakı bina hansı əsasla qəza vəziyyətində hesab olunur?”.

“Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin Layihələndirmə İnstitutu Şərifzadə 33 ünvanındakı binanın ekspertizasını həyata keçirib və binanın qəza vəziyyətində olduğunu bildirib”, – deyə Yasamal RİH-in baş memarı Eyvaz Bağırov Kavkaznews.az saytına bildirdi. Onun sözlərinə görə, sakinlərdən əvvəl də Yasamal RİH-ə binanın qəza vəziyyətində olması ilə bağlı müraciətlər daxil olurdu. “Əv406570901-1vəl bu problemin həlli üçün maliyyə imkanları yox idi. Amma Nazirlər Kabinetinin 25 fevral tarixli qərarı ilə belə bir imkan yaranıb”, – deyə Eyvaz Bağırov qeyd etdi. Şərifzadə №33 binasının sakini Əzizağa Ələkbərov Eyvaz Bağırovun sözlərini təkzib etdi.

“Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin əməkdaşları bizim binada heç bir ekspertiza aparmayıb”, – deyə Ə.Ələkbərov bildirdi. Biz özümüz aydınlaşdırmaq istədik, FHN TTNDA həqiqətən də Şərifzadə 33 ünvanındakı binanın qəza vəziyyətində olduğu barədə rəy veribmi ? Agentliyin ümumi şöbəsinə müraciət etdik, ümumi şöbə əməkdaşları isə bizə 406571364-1məsləhət gördülər ki, Yasamal rayonuna kurasiya edən müfəttişlə əlaqə saxlayaq. TTNDA-nın Yasamal rayonuna məsul olan müfəttişi Zakir (bizə soyadını bildirmədi –red.) dedi ki, onun Şərifzadə 33-ün qəza vəziyyətində olması ilə bağlı məlumatı yoxdur.

Bugünlərdə saytda informasiya daxil oldu ki, Yasamal RİH Şərifzadə 33-ün sakinlərini sıxışdırmaq üçün “bomj”lardan istifadə edir. Mənbənin məlumatına görə, evsiz insanlar boşalan mənzillərdə yerləşirlər: “Onlar bizim binaya antisanitariya gətirirlər. Bütün təbii ehtiyaclarını o mənzillərdə ödəyirlər”. Biz məlumatı dəqiqləşdirmək üçün Şərifzadə 33-ün sakini Əzizağa Ələkbərovla əlaqə saxladıq.406571421-1

O bildirdi ki, rayon icra hakimiyyəti qanuni mənzil sahiblərini sıxışdırmaq üçün yeni “mübarizə” üsulu seçib. “Birinci mərtəbədəki bəzi mənzillər boşaldılıb. Bu mənzillərin qapısı sökülüb. 22 saylı MİS-in rəhbərliyi isə mənzillərə “bomj”ları yerləşdirib. Bu, biz sakinləri sıxışdırmaq üçün edilir”, – deyə Ə.Ələkbərov Kavkasznews.az saytına qeyd edib. “Bu doğru deyil. 33 saylı binada “bomj” yoxdur”, – deyə 22 saylı MİS müdiri Məmməd Hüseynov sayta bildirib. “Boşalan mənzillərin qapısı həqiqətən sökülür?”, – deyə soruşduq. “Əlbəttə. Sökülən qapılar mənzil sahiblərinin şəxsi mülkiyyətidir”, – deyə M.Hüseynov cavab verdi.

 Kavkasznews.az

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın