Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Media / Bəzi məktəblər 11 illik təhsildən məhrum ediləcək?

Bəzi məktəblər 11 illik təhsildən məhrum ediləcək?

Azərbaycandakı bəzi kənd rayonlarında fəaliyyət göstərən orta məktəblər 11 illik təhsil bazasından 9 illik təhsil bazasına keçid edəcək.

Bununla bağlı Modern.az saytına daxil olan məlumatda bildirilir ki, bəzi məktəblərdə şagird sayının azalmasının, yuxarı siniflərdə – 10-11- davamiyyəti göstəcilərinin həddindən artıq pisləşməsinin bu addımın atılmasında müəyyən rolu var. Araşdırmalar göstərib ki, bəzi kənd məktəblərində 9-cu sinfi bitirən məzunlar, sonrakı iki ili 10-11-ci siniflərə getməkdənsə, repititor yanında təhsil almağa üstünlük verirlər. Ya da daha yaxşı təhsil verən məktəblərə dəyişilirlər… Eyni zamanda məlum olub ki, tam orta təhsil verən bir sıra məktəblərdə əslində 10-11-ci siniflər yalnız kağız üzərində “fəaliyyət göstərirmiş”.
Nəticədə də bəzi təhsil ocaqlarınıb 10-11-ci siniflərində davamiyyətin çox pis göstəricilərlə müşayiət olunduğu vurğulanır.
Bu və digər məsələləri nəzərə alaraq, bəzi rayonlarda 11 illik məktəblərin 9 illiyə keçid etməsi barədə qərar verilib.
Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Təhsil Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov belə bir halın mümkünlüyünü istisna edib.
“11 illik məktəblərin 9 illik məktəblərlə əvəzlənməsi yanlış məlumatdır”.
Ancaq qeyri-rəsmi məlumata görə, artıq bəzi rayonların Təhsil şöbələrinə bir sıra məktəblərin tam orta təhsildən (10-11-ci sinif) ümumi orta təhsil (9-cu sinif) verməyə keçid etməsi barədə xəbərdarlıq da edilib. Prosesin növbəti təhsil ilində gerçəkləşdiriləcəyi gözlənilir.

Həmçinin oxuyun

Erməni jurnalist: “Nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduq”

Ermənistanın “5-ci” televiziya kanalının icraçı direktoru Arutyun Arutyunyan nəinki döyüşdə, informasiya müharibəsində Azərbaycana uduzduqlarını bildirib. …

Bir cavab yazın