Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Azərbaycanın daha bir iri holdinqi ziyanla işlədiyini açıqladı

Azərbaycanın daha bir iri holdinqi ziyanla işlədiyini açıqladı

Azərbaycanın iri holdinqlərindən biri, tərkibində “Bank of Baku”nu və “Hyundai” avtomobillərinin rəsmi dileri “Auto Azerbaijan”ı birləşdirən “NAB Group” ziyanla işlədiyini açıqlayıb.

Virtualaz.org saytı xəbər verir ki, şirkətdən açıqlanan məlumata əsasən ötən il NAB Group-un təmiz ziyanı 132 min manatdan 200 min manata qədər artıb.

Nəticədə şirkətin üst-üstə yığılımış ziyanının həcmi 300 min manatı keçib.

Şirkətlər qrupunun ümumi əməliyyat gəliri 798 min manatdan 163 min manata qədər azaıb. Hərçənd ki, satışların maya dəyəri də 747 min manatdan 277 min manata qədər azalıb.

Debitorların borclarında azalma baş versə də şirkətin maliyyə vəziyyəti yaxşılaşmayıb. “NAB Group”un gəlirləri 25,3 milyon manatdan 20,6 milyon manata qədər azalıb, kapitalı isə 15,4 milyon manatdan 15,2 milyon manata qədər aşağı düşüb. (rəqəmlər yuvarlaqlaşdırılıb-red).

“NAB Group” ölkənin maliyyə, ticarət və avtomobil biznesi sektorlarında fəaliyyət göstərir. Holdinqin tərkibinə “Bank of Baku”, “Qafqaz Leasing”, “Buta Sığorta”, “Baku Elektronics” və “Auto Azerbaijan” daxildir.

Holdinqin səhmdarları arasında İran əsilli iş adamları Şəhram Oromi və qardaşı yer alır. Şəhram Oromi İran əsilli qalmaqallı iş adamı, adı Türkiyədəki böyük rüşvət və korrupsiya qalmaqalında keçən, İran pullarının yuyulması əməliyyatını təşkil edən Rza Zərrabın bacısının əridir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın