Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Azərbaycan-Rusiya sərhədində yük maşınları buraxılmır – FOTO

Azərbaycan-Rusiya sərhədində yük maşınları buraxılmır – FOTO

Azərbaycan-Rusiya sərhədində, Qusar rayonunda yerləşən “Samur” gömrük buraxılış məntəqəsində tıxac yaranıb. 

Bunu “Report”un Şimal bürosunun müxbirinə Xaçmaz Gömrük İdarəsinin “Samur” buraxılış məntəqəsinin rəis müavini Cavid Nadirov bildirib.

Rəis müavininin sözlərinə görə, Rusiya Federasiyasına keçmək istəyən yük maşınlarının qonşu ölkənin gömrük məntəqəsindən buraxılmaması Azərbaycan tərəfdə sıxlıq yaradıb: “Sıxlıq əsasən mövsümlə bağlıdır. Ötən gün Rusiya tərəfinə 150 yük maşını yola salınıb. Hazırda  “Samur” gömrük buraxılış məntəqəsinin qarşısında Rusiya tərəfinə keçmək üçün növbə gözləyən “TIR”-ların sayı 200-ə çatıb”.

C.Nadirov qeyd edib ki, buraxılış məntəqəsində yaranan sıxlıqla bağlı Rusiya tərəfinin gömrükçüləri ilə mütəmadi danışıqlar aparılır: “Təqribən bir saatdan sonra Azərbaycan və Rusiya gömrükçülərinin görüşü baş tutacaq. Bunun üçün müvafiq danışıqlar aparılıb. Problem də aradan qaldırılacaq”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın