Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Media / Azərbaycanın cənubunda yol dağılıb, bir neçə kilometrlik tıxac yaranıb

Azərbaycanın cənubunda yol dağılıb, bir neçə kilometrlik tıxac yaranıb

Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində, İranla sərhəddə bir neçə kilometr ərazidə asfalt yol sıradan çıxıb. Ərazidə tıxac yaranıb, ölkənin cənub rayonlarından paytaxta gediş-gəliş çətinləşib. Bu barədə virtualaz.org-a sakinlər məlumat veriblər.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli virtualaz.org-a açıqlamasında bildirib ki, bu yol ötən əsrin 70-ci illərdən istismar olunur. Yolun dağılmasının əsas səbəbi isə burada ağır tonnajlı avtomobillərin hərəkət intensivliyidir.

Qurumun əməkdaşları hazırda yolun bu hissəsində bərpa işlərini həyata keçirirlər. Yolun bərpası bir aydan sonra tamamilə bərpa olunacaq. Bundan başqa, “Azəravtoyol”la paralel olaraq, “İpək yolu” layihəsi çərçivəsində də yolun tikintisi həyata keçirilir.

Həmçinin oxuyun

Azərbaycan və Türkiyə bundan uğurla yararlanıb – “Qardian”

Azərbaycanın Ermənistana qarşı qazandığı uğurlarda “Bayraqdar” dronlarının əhəmiyyəti bütün dünyanın gündəmindədir. Axar.az xəbər verir ki, …

Bir cavab yazın