Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Azərbaycanın bu məktəbində şagirdlər ilanlarla oynayır – VİDEO

Azərbaycanın bu məktəbində şagirdlər ilanlarla oynayır – VİDEO

Qəbələnin Mamaylı kindində məktəbə ilanlar daraşıb.
Müəllim heyəti bunun uşaqlar üçün təhlükə olmasından narahatdir. Dərs vaxtı ilanlar sinifə dolur. Şagirdlər ilanları tutub əllərində sallayırlar.
Araşdırmalar nəticəsində məlum olub ki, məktəb yaxınlığındakı 1990-cı illərdən qalmış yarımçıq tikili ilanların məskəninə çevrilib.
Şagirdlər bildirir ki, tavanları bitişik olan binalardan hər gün ilanlar siniflərə daxil olur, məktəb divarlarından sallanırlar.
Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət olunub. Həmin ərazilər dərmanlansa da təsiri olmayıb. Hələlik ilansancma faktı qeydə alınmayıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın