Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Media / Azərbaycandakı uşaqların sayı açıqlanıb

Azərbaycandakı uşaqların sayı açıqlanıb

“Erkən yaşda ailələrin qurulması, uşaqların təhsildən yayınması, əməyə cəlb olunması, onlara qarşı zorakılıq edilməsi uşaq hüquqlarının pozulması hallarıdır. Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün “Uşaq hüquqları: bərabər hüquq və imkanlarımız” mövzusunda keçirilən tədbirdə bildirib. O qeyd edib ki, hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var:

“Bu uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir. Eyni zamanda, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafı, onların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması vacib məsələlərdəndir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır”.

H.Hüseynova qeyd edib ki, uşaq siyasətinin reallaşmasında güclü qanunvericilik bazasının yaradılması çox vacibdir. Keçən dövr ərzində uşaq hüquqları sahəsində qanunvericilik bazası daha da təkmiləşdirilib.

Komitə sədri əlavə edib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, uşaq hüquqlarının müdafiəsi sahəsində gələcək hədəf istiqamətlər üzrə mühüm sənədlər hazırlanır:

“Artıq Uşaq Strategiyası yekunlaşdırılib, adiyyatı qurumlara göndərilib. Uşaq Məcəlləsi ilə bağlı müəyyən iş aparılır”.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın