Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Azərbaycanda yeni bazarlar yaradılacaq

Azərbaycanda yeni bazarlar yaradılacaq

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Azərbaycanda topdansatış və pərakəndə satış bazarları açmağı planlaşdırır.

Azinforum.az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Xaliq Məmmədov bildirib.

X.Məmmədov deyib: “Əsasnaməmiz bizə topdan və pərakəndə satış bazarlarını yaratmağa icazə verir. Biz bu imkandan istifadə edərək iri şəhərlərdə bazarlar açmaq və əhaliyə daha ucuz qiymətə məhsul təqdim etməyi planlaşdırırıq. Bu, əsasən mövsümi və tez xarab olan məhsullara aiddir”.

X.Məmmədov bu cür bazarların təşkil olunmasında Kənd Təsərrüfatı Nazirliyinin təcrübəsindən yararlanacaqlarını qeyd edib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın