Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Media / Azərbaycanda xəstələr öz həkimlərimizə niyə etibar etmirlər? – SƏBƏBLƏR

Azərbaycanda xəstələr öz həkimlərimizə niyə etibar etmirlər? – SƏBƏBLƏR

İyun 17-si Azərbaycanda tibb işçilərinin peşə bayramı günü qeyd olundu. Sağlam həyat insan üçün böyük sərvətdir. Sağlamlığının keşiyində isə tibb işçiləri durur. Amma bu gün insanlar həkim yanına gedərkən dərdlərinə çarə tapılacağına o qədər də inanmırlar. Cəmiyyətdə azərbaycanlı həkimlərin fəaliyyəti ilə xəstə münasibətləri arasında fərqli mövqelər də var. Çox vaxt imkanlı azərbaycanlı xəstələr əcnəbi həkimlərə bel bağlayır. Məsələnin kökündə nə durur?

Modern.az saytı məsələyə tibb elmləri doktoru, professor Adil Qeybullanın yanaşmasını öyrənib.

Onun fikrincə, bu, çox aktual mövzudur: “Bu gün Azərbaycanda vətəndaşlar arasında sorğu keçirsək, etiraf etmək lazımdır ki, həkimlərə münasibət birmənalı olmayacaq. Həkimdən razı qalanlar var, amma razı qalmayanların sayı yetərincədir. Bəzi vətəndaşlar isə əllərində əsas oldu-olmadı milli həkimlərimizin üstündən xətt çəkməyə hazırdırlar. Bütün bunlar ümumi situasiyadan qaynaqlanır.

Əvvəla, Azərbaycanda icbari tibb sığorta yoxdur. Bu vətəndaşların sosial müdafiəsinin mühüm bir elementidir. Tibbi sığorta həkimlə xəstə arasında xətt çəkən situasiyadır. Bəli, istənilən tibbi xidmət xəstənin maddi məsrəfləri hesabına başa gəlir. Buna görə də xəstələr bəzən belə məsrəflərdən qıcıqlanır. Xüsusilə aparılan cərrahi əməliyyatın, müalicənin funksional nəticəsi olmadıqda xərclər fonunda bu xəstələrdə inamsızlıq yaradır. Belə xəstələr xaricə üz tutmağa meyllənir. İrana, Türkiyəyə daha çox gedirlər. Bu gün İrana xəstələrin 90 faizi orda müalicənin ucuz olması səbəbindən gedir.

Açıq deyim, şəfa tapmaq baxımından İranda da problemlər olur. Bütün xəstələr oradan heç də məmnun qayıtmır. Türkiyədə təbabətin çox yüksək səviyyədə olmasına baxmayaraq, burada da problem ola bilər. Bu, təbiidir. Halbuki, bəzi xəstəliklərin tam müalicəsi mümkün deyil. Bəzən xəstələr həkimə gec müraciət edirlər”.

Adil Qeybullanın sözlərinə görə, əgər vətəndaşın icbari tibb sığortası olsa, onda bu cür problemlər də ortaya çıxmaz: “Hesab edirəm ki, tibbi və səhiyyə islahatlarını sona çatdırmadan vətəndaşla həkim arasında adekvat münasibəti təmin edə bilməyəcəyik. Münasibətlər tələb edir ki, islahatlar sona çatsın. Biz Qərb təbabətinin bir hissəsiyiksə, Qərbin ənənələrini, protokollarını, qaydalarını məniməsməliyiksə, onda bu yolla getməliyik.

Bu gün Azərbaycanda Türkiyədə, Avropada qərb təhsili alan xeyli peşəkar həkim fəaliyyət göstərir. Azərbaycan səhiyyəsinin maddi-texniki bazasının inkişafı üçün böyük vəsaitlər ayrılıb, yeni xəstəxanalar tikilib, təmir olunub və sair. Amma bunların xalqın xeyrinə işləməsinin təmin etmək mexanizmi qurulmalıdır ki, insanlar bundan faydalana bilsin. Problem bunlardır”.

Həmçinin oxuyun

“Axı niyə İrəvanı bombalamırlar?” – “Kommersant” qəzeti

17 oktyabr gecəsi Azərbaycanın ikinci böyük şəhəri Gəncə yenidən beş gün əvvəlki hadisələri yaşadı. “Elbrus” …

Bir cavab yazın