Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Media / Azərbaycanda həyətində “pir ağacı” olduğunu iddia edən cadugər peyda olub

Azərbaycanda həyətində “pir ağacı” olduğunu iddia edən cadugər peyda olub

Bir qrup İsmayıllı şəhər sakini falçılıqla məşğul olaraq, insanları aldadan rayon sakini Musayeva Zümrüd haqqında redaksiyamıza şikayət ünvanlayıb. 
Avropa.info xəbər verir ki, İsmayıllı rayon sakini Z. Musayeva insanlara yaşadığı evin həyətində “pir ağacı”nın olduğunu deyərək, onlarda onun üçün nəzir gətirmələrini istəyir.
Şikayətçilərin yazdıqlarına görə, bu qadın yoxsul qadınların öz övladlarına bir parça çörək almaq ucun yığdığı pulu və ya zinət əşyalarını min fitnə-fəsadla əllərindən alır.
Z. Musayevanın əsas işi cahil insanları aldadaraq, “məndə Allah vergisi var, həyətimdə pir var” deyib, insanların psixoloji vəziyyətindən istifadə edərək onlardan gəlir əldə etməkdir. Deyilənlərə görə, bu qadın pul əvəzinə, vətəndaşların malını, qoyununu da almaqdan çəkinmir.
Falçılıqla məşğul olan bu qadın vətəndaşlara “kömək etmək” məqsədilə müqəddəs Quranı ayaqlarının altına alır, bəzən isə şeytana sitayiş etdiyini deyir.
Z. Musayeva öz adamlarını qəbirstanlığa və ya müxtəlif şəxslərin həyətlərinə göndərərək cürbəcür caduları, qifilları orada basdırtdırır. Bundan sonra o yanına gələnlərə “sənin adına filan yerdə əməl olunub basdırılıb ki, sən öləsən” deyərək bu adamlardan həmin cadunun çıxarılması müqabilində külli miqdarda pul tələb edir.
Çarəsiz qalan valideynlər də övladlarını və ya özlərini bu bəladan xilas etmək üçün onunla razılaşaraq tələb olunan pulu və ya istədiyi hər bir şeyi ona verirlər.
Hələ bütün bunlar azmış kimi, bu qadın Dubaydan və Ərəbistandan hazır dualar gətizdirdiyini iddia edir və bu duaları “Qırmızı Kitaba” düşmüş və ovlanılması qadağan olunan maral və ceyran kimi heyvanlarının dərisinə tikərək, baha qiymətə insanlara satır.
Rayon sakininin daha bir qazanc yeri isə rayonun imkanlı adamlarının siyahısını tutaraq onlar üçün qadın təşkil edir və bu qadınlar vasitəsilə onların pulunu soyur.
Həmyerliləri onun gecələr kəfən geyərək dualar oxuduğunu, “ruhları, şeytanları çağıraraq” acığı gələn insanların üstünə göndərdiyini deyirlər.
Rayon sakinləri aidiyyatı qurumlardan bu şəxs haqqında tezliklə lazımi tədbirlər görməsini və onun cəzalandırılmasını istəyirlər.
Falçı qadının istifadə etdiyi şəxsi əşyalarının fotosu:

Həmçinin oxuyun

Fransada Qarabağ haqqında reportajın müəllifi olan jurnalist kəskin tənqid olunur

«Sərhədsiz Reportyorlar» TF 1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona …

Bir cavab yazın