Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Azərbaycanda bu ali məktəbə ancaq oğlanlar qəbul olunur

Azərbaycanda bu ali məktəbə ancaq oğlanlar qəbul olunur

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə tələbə qəbulunun qaydaları açıqlanıb.

Qafqazinfo” xəbər verir ki, Məktəbə qəbula namizədlər azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.

Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma 6 dəfə; qaçış 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə; qolların üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi 18 dəfə, gövdənin döşəmədən qaldırılıb-endirilməsi 18 dəfə).

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına göndərilir.

İmtahanlar IV ixtisas qrupunun fənləri üzrə test üsulu ilə azərbaycan və rus dillərində keçirilir.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın