Çərşənbə , İyul 24 2019
Ana səhifə / Media / Azərbaycanda “Əmək” ordeni təsis ediləcək

Azərbaycanda “Əmək” ordeni təsis ediləcək

Azərbaycanda “Əmək” ordeni təsis ediləcək.

Bu məsələyə Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı toxunub.

Dövlətimizin başçısı Azərbaycanda yeni bir ordenin təsis edilməli olduğunu deyib: “Eyni zamanda, mən hesab edirəm ki, Azərbaycanda yeni bir orden təsis edilməlidir. Son vaxtlar mənim sərəncamımla bir neçə yeni orden təsis edilib. Ən böyük ordenimiz “Heydər Əliyev” ordenidir. Ondan sonra mənim sərəncamımla “Şərəf” ordeni, “Dostluq” ordeni təsis edilmişdir. Hesab edirəm ki, biz “Əmək” ordeni də təsis etməliyik. Müxtəlif sahələrdə – istər özəl, istər dövlət, fərqi yoxdur, yaxşı göstəricilər nümayiş etdirən insanları biz ordenlərlə, medallarla təltif etməliyik. Hesab edirəm ki, biz bu ənənəni bərpa etməliyik. Göstəriş verirəm, Prezident Administrasiyası bu məsələ ilə bağlı öz təkliflərini mənə təqdim etsin. “Əmək” ordeninin bir neçə dərəcəsi ola bilər. Əgər yaxşı nəticələr olsa, birinci ordeni biz pambıqçılara təqdim edə bilərik”.

Preizdent İlham Əliyev qeyd edib: “Bir sözlə, hesab edirəm ki, bugünkü müşavirənin çox böyük əhəmiyyəti var. Bu, bizim gözəl tariximizə qayıdışdır. Qeyd etdiyim kimi, şadam ki, biz Sabirabadda toplaşmışıq. Növbəti müşavirələrdə yəqin ki, digər yerlərdə görüşəcəyik. Bu gün doğrudan da müasir ölkəmizin tarixində əlamətdar gün kimi qalacaq.

Çünki biz bu gün pambıqçılığın şöhrətini bərpa edirik. Görülən bütün işlərə, çəkilən zəhmətə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. İndi fəal dövr – yığım dövrü başlayır. Sizə uğurlar arzulayıram”.

Həmçinin oxuyun

“İnkişafımızı inkar etməyə çalışırlar” – Əli Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə (KİVDF) Azərbaycan …

Bir cavab yazın