Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Azərbaycana yeni texnologiyalar təklif edildi

Azərbaycana yeni texnologiyalar təklif edildi

Macarıstan Azərbaycana nəqliyyatda elektron ödənişlər üçün yeni texnologiyaların, kənd təsərrüfatı, şəhər idarəetməsi, su təsərrüfatı və elektrik təchizatı sahələrində yeni elektron sistemlərin tətbiq olunmasını təklif edir.

Bu barədə Trend-ə müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.

Səfir qeyd edib ki, bu sahələrdə Macarıstan dünya səviyyəli texnologiya resurslarına malikdir.

Onun sözlərinə görə, müxtəlif sahələrdə, o cümlədən yüksək texnologiya sahəsində birgə müəssisələrin yaradılmasında hər iki ölkə maraqlıdır.

Səfir deyib: “Macar şirkətləri artıq Azərbaycanda bir sıra birgə layihələrin icrasına başlayıb. Ölkəmiz həm də Azərbaycanda əczaçılıq zavodunun yaradılması imkanını da nəzərdən keçirir”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın