Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Aydın Əliyev “Sınıq körpü”də yaranan tıxacın səbəbini açıqladı

Aydın Əliyev “Sınıq körpü”də yaranan tıxacın səbəbini açıqladı

Gürcüstan-Azərbaycan sərhəd-keçid məntəqəsində vətəndaşların uzunmüddətli gecikmələrinə, demək olar ki, rast gəlinmir.

Bu barədə açıqlamanı Dövlət Gömrülk Komitəsinin sədri, gömrük xidməti general leytenantı, Aydın Əliyev jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, sərhəd-keçid məntəqəsində müəyyən vaxt çərçivəsində yubanma olsa da, bu, gömrük orqanları və sərhəd qoşunlarının işi ilə bağlı deyil:

“Gecikmə sadəcə sərhədyanı ticarətlə bağlıdır. Müəyyən bölgələrin vətəndaşları gün ərzində dəfələrlə sərhədi keçməklə bu problemləri yaradırlar. Gömrük orqanları məcburdurlar ki, ölkəyə daxil olan mallara gömrük nəzarəti həyata keçirsinlər. Bu da müəyyən gecikmələrə səbəb olur”.

A.Əliyev əlavə edib ki, Nazirlər Kabinetinin 305 saylı qərarına edilən dəyişiklikdən sonra vətəndaşlarla bu sahədə maarifləndirmə işləri aparılır.

Komitə sədri əlavə edib ki, iki gün əvvəl Dövlət Gömrük Komitəsinin sədr müavini ilə Gürcüstan gömrük xidmətinin rəhbəri Sınıq Körpü sərhəd-keçid məntəqəsində görüşüb.

Görüşdə diplomatlar, ölkəyə gələn qonaqların sərhəddən keçirilmələri ilə bağlı sərhəd qoşunları ilə müəyyən məsləhətləşmələr aparılıb, gələcək planlar, perspektivlər müzakirə olunub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın