Bazar , Oktyabr 25 2020
Ana səhifə / Media / Ayaq qoxusunun təbii yolla müalicəsi

Ayaq qoxusunun təbii yolla müalicəsi

Hər bir qadın, eləcə də kişilər ayaqlarının gözəl və qüsursuz görünməsini arzu edir. Ancaq bəzən bizdən asılı olmayan səbəblər üzündən ayaqlarımızda müxtəlif qüsurlar meydana çıxır. Bu qüsurlar xüsusilə də yay aylarında bizim üçün kompleksə çevrilir.

Təbii üsulla hazırlanan ayaq kremi

Lazım olan məhsullar: 1 yemək qaşığı badam yağı, 1 çay qaşığı buğda toxumu, 1 çay qaşığı zeytun yağı, bir neçə damcı evkalipt yağı və tünd rəngli şüşə butulka (kremin keyfiyyətini itirməsinin qarşısını almaq üçün).
Hazırlama və istifadə qaydası: Şüşə butulkanın içinə yağları tökün və yaxşıca qarışana qədər fırlayın. Yaxşıca qarışdığından əmin olduqdan sonra yuyub quruladığınız ayaqlarınıza çəkin.

Ayaq qoxusu üçün maska

Lazım olan məhsullar: 2 yemək qaşığı ada çayı, 1 ədəd yerkökü.
Hazırlama və istifadə qaydasıi: Yerkökünü rəndələyin və adaçayı ilə birlikdə qaynadıb bir qədər gözləyin. Sonra qarışığı süzgəcdən keçirin və kütləni ayağınıza qoyub üzərini dəsmalla örtün. Yarım saat qədər bu şəkildə gözlədikdən sonra ayaqlarınızı yuyub təmizləyin. Həftədə üç gün olmaqla ayaq qoxusunu aradan qaldırmaq üçün müntəzəm olaraq istifadə edin.

Daban çatlağı üçün vasitə

Lazım olan məhsullar: 1 çay qaşığı vazelin, 1 dənə limonun suyu.
Hazırlama və istifadə qaydasıi: Vazelin və limon suyunu qarışdırıb daban çatlarına sürtün. Sonra corab geyinin və bu şəkildə yatın. Səhər corablarınız çıxarıb ayaqlarınızı ilıq suyla təmizləyin.

Moderator.az

Həmçinin oxuyun

Sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə XƏBƏRDARLIQ

2020-ci il sentyabrın 27-dən başlayaraq cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək …

Bir cavab yazın