Çərşənbə , İyul 15 2020
Ana səhifə / Media / “Aşağı sinif şagirdləri də imtahan verəcək” – Nazir

“Aşağı sinif şagirdləri də imtahan verəcək” – Nazir

“Qiymətləndirmə imtahanlarını daha aşağı siniflərdə keçirmək zəruri fənnlər üzrə şagirdlərin nəticələrini yaxşılaşdırmağa imkan verəcək”.

Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, bu il ərzində qiymətləndirmə imtahanlarının daha aşağı siniflərdə keçirilməsi məsələsi Təhsil Nazirliyində müzakirə edilib:

“Təhsil Nazirliyi tərəfindən Təhsil Problemləri İnstitutu qarşısında bu məsələ ilə bağlı vəzifə qoyulub. Hazırda bu istiqamətdə beynəlxalq təcrübə araşdırılır. Digər tərəfdən ötən tədris ilinin sonunda Dövlət İmtahan Mərkəzi ilə işçi səviyyədə bununla baǧlı müzakirələr aparılıb.

Müzakirələrdə belə bir qiymətləndirmənin aparılması imkanlarının mövcud olması qənatinə gəlinib, amma biz bu tədris ili üçün bu qərarı vermirik. Belə həlledici qərarlar verilməmişdən öncə ekspertlər tərəfindən araşdırmalar aparılmalı, beynəlxalq təcrübənin öyrənilməsi başa çatdırılmalıdır”.

Həmçinin oxuyun

DTX ordu ilə bağlı yalan məlumat yayanlara xəbərdarlıq etdi

“2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz …

Bir cavab yazın