Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Media / “Artıq Dilqəmlə Şahbazın adını belə, çəkən yoxdur” – Girov ailələri incik düşüblər

“Artıq Dilqəmlə Şahbazın adını belə, çəkən yoxdur” – Girov ailələri incik düşüblər

Bu gün – iyulun 11-də Kəlbəcər girovlarının 3 ili tamam olur. 2014-cü ilin bu günü Kəlbəcərdən olan Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev doğma torpaqlarda Ermənistanın işğalçı əsgərləri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda həmvətənlərimiz üzərində qurulan “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Onlarla yola çıxmış digər soydaşımız Həsən Həsənov isə ermənilər tərəfindən güllələnib. Onun nəşi ölkə başçısı və aidiyyatı qurumların apardığı danışıqlar nəticəsində 3 ay sonra – 2014-ci il oktyabrın 2-də qarşı tərəfdən alınıb. H.Həsənov həmin il oktyabrın 4-də Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.

H.Həsənovun qardaşı Nail Həsənov Modern.az-a bu dəqiqələrdə qəbir ziyarətində olduqlarını bildirib:

“Ailə üzvlərimizlə birlikdə qəbir ziyarətindəyik. Əlimizdən başqa nə gəlir ki?..”.

Ömürlük erməni əsarətinə məhkum olunan D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov Modern.az-a deyir ki, bu gün girovlarla bağlı hansısa tədbir keçirilməsi nəzərdə tutulmayıb:

“Bununla dövlət qurumları məşğul olmalıdır. Mən haradasa beş-on nəfərlə toplaşsam, nə dəyişəcək ki ?!”.

Cəzasının 19 ili qalan Ş.Quliyevin qardaşı İlham Quliyev Modern.az-a xeyli küskün danışıb:

“Üç il oldu, beş il oldu, bu, artıq heç kimi maraqlandırmır. Onların girov düşmələri, ermənilər tərəfindən qanunsuz həbs olunmaları yaddan çıxıb. Yenə əvvəllər yığışıb yalandan da olsa, vəd verirdilər, indi Dilqəm və Şahbazın adını belə çəkən yoxdur. Tam unudulublar”.

Həmçinin oxuyun

“Associated Press” azərbaycanlı məcburi köçkünlərin ağır taleyi haqda – FOTO

Məşhur “Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə hazırlayıb. “Müharibə səbəbindən köçkün düşən …

Bir cavab yazın