Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Apteklərdə aldadılan alıcılar hara müraciət etməlidir? – VİDEO

Apteklərdə aldadılan alıcılar hara müraciət etməlidir? – VİDEO

“Hərəsi bir qiymət deyir”

ARB TV mövzu ilə bağlı reportaj hazırlayıb.

Dövlət, apteklərdə bir çox dərman qiymətlərini təsdiqləsə də, bəzi hallarda alıcılar aldanır. Apteklərdə eyni adlı dərmanlar fərqli qiymətlərə satılır. Bəzi dərman vasitələrini isə apteklərdə tapmaq olmur. Belə halların qarşısını almaq üçün alıcılar müraciət etdikləri apteklərdən mütləq qəbz tələb etməlidirlər.

Ekspert Hilal Əhmədov Azad İstehlakçılar Birliyinə bu cür müraciətlərin çox olduğunu bildirir. Müraciət əsasında məsələ araşdırılaraq öz həllini tapır. İstehlakçı hüquqlarını pozan aptek sahibləri qanunla nəzərdə tutulan qaydada cəzalandırılır.

Dərmanların təsdiqlənən vahid qiymətləri haqqında internet üzərindən də məlumat əldə edə bilərik. Bunun üçün PHARMA.AZ  saytına daxil olmaq kifayətdir. Burada dərmanların həm topdan həm də pərakəndə satış qiymətləri öz əksini tapır.

Tarif Şurası və Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda dərmanların qiyməti 2-3 dəfə enib. Ümumilikdə isə ölkəmizdə dərmanların 90 faizinin qiyməti düşüb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın