Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Toy günü səsvermədə iştirak edən cütlüyə icra başçısından hədiyyə – VİDEO

Toy günü səsvermədə iştirak edən cütlüyə icra başçısından hədiyyə – VİDEO

Cütlüyə televizor hədiyyə edilib.
ARB Şəki xəbər verir ki, toy günlərini referenduma gedərək əbədiləşdirən cütlüyə rayon icra hakimiyyətinin başçısı Elxan Usubov tərəfindən televizor hədiyyə olunub.
6 saylı seçki məntəqəsində səs verdikdən sonra şadlıq sarayında toy günlərini qeyd edən bəy və gəlinin hədiyyəsi evlərində təqdim olunub. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən verilən hədiyyəni kənd üzrə icra nümayəndəsi təqdim edərək xoşbəxtlik arzulanıb.
Toy günlərinin olmasına baxmayaraq dövlət əhəmiyyətli hadisədən kənar qalmayan cütlüyə atdıqları cəsarətli addıma görə təşəkkür edilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın