Cümə , Dekabr 4 2020
Ana səhifə / Media / “Altes Group” Azərbaycan məhkəmələrinin qərarına məhəl qoymur – VİDEO

“Altes Group” Azərbaycan məhkəmələrinin qərarına məhəl qoymur – VİDEO

Azərbaycanda iş adamları qanunsuzluqla üzləşməyə davam edir. Qanuna adi kağız kimi baxan “qüdrətli” şəxslərin qarşısında bir çox kiçik və orta sahibkarlar aciz qalır. Pauerliftinq üzrə dəfələrlə Avropa çempionu olmuş Vüqar Namazov 2015-ci ildə VİTR fitnes klubu açıb. 2015-ci ilin sentyabrında, o, klub üçün Yasamal rayonu Bəsti Bağırova küçəsi 592 saylı binada “Vugar-podonok1-12Altes Group”a daxil olan “Nur İnşaat” MMC-yə məxsus qeyri-yaşayış sahəsini icarəyə götürüb. V.Namazov 1,2 milyon manat xərclədikdən sonra, ən müasir standartlara uyğun, qadınların da, kişilərin də idmanla məşğul olduğu fitnes klubunu yarada bilir.

“Nur İnşaat” MMC ilə Vüqar Namazov arasındakı icarə müqaviləsi 60 ay müddətinə bağlan0vit2ıb. Müqavilə şərtlərinə görə, V.Namazov hər ay “Nur İnşaat”a 6 min manat icarə haqqı ödəməli idi. Lakin müqavilənin bağlanmasından beş ay sonra, adıkeçən şirkət Vüqar Namazovla müqaviləni birtərəfli olaraq pozub və VİTR klubundan icarəyə götürülən ərazini boşaltmağı tələb edib. Vüqar Namazov bu tələbi yerinə yetirməkdən imtina edib və Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə onun xeyrinə qərar çıxarıb.

Fevralın 18-də məhkəmə icraçıları 592 saylı binaya baş çəkdikdə, onları “Altes Group”un idarə heyətinin sədri Rüstəm Abdullayev qarşılayıb və deyib ki, məhkəmən qərarının icrasına yol verməyəcək. “Məni nə məhkəmə qanunu, nə də Azərbaycan qanunları maraqlandırmır”, – deyə R.Abdullayev bildirib (azxeber.11fitcom). Vüqar Namazov sayt bildirib ki, Rüstəm Abdullayev ona icarə verdiyi obyekti satmaq istəyir. “O, VİTR klubunun icarələdiyi obyekti baha qiymətə satmaq niyyətindədir.

Bizim çəkdiyimiz zəhmət və xərclər isə onu maraqlandırmır”, – deyə V.Namazov qeyd edib. Biz müəyyən etdik ki, “Altes Group”a daxil olan “Nur1725 İnşaat” MMC Bəsti Bağırova küçəsindəki 592 saylı binada yaşayış və ya qeyri-yaşayış sahəsini sata bilməz. Belə ki, Binəqədi Rayon Məhkəməsinin 8 oktyabr 2012-ci il qərarı ilə, “Nur İnşaat” MMC-yə məxsus Bəsti Bağırova küçəsi 592 saylı binaya həbs qoyulub. Məhkəmə qərarı ilə, həmçinin, İsmayıl Qutqaşınlı küçəsində 507-511 ünvanında yerləşən, “Altes Group” nəzdindəki “Fərid İnşaat” MMC-yə məxsus binanın bir hissəsi və sənədlərinə də həbs qoyulub.Biz  araşdırma zamanı azxeber.com-un qeyd etdiyi ,Rüstəm Abdullayevin məhkəmə icraçılarını qarşılaması barədə məlumatın həqiqətə uyğun olduğunu müəyyən etdik.  “Altes Group”un satış məsələləri üzrə məsul şəxsi Rövşən Sultanov da bildirib ki, artıq bütün mənzilləri satıblar.

O, həmçinin qeyd edib ki, “Altes Group”un nəzdindəki “Nur İnşaat” və “Ferid İnşaat”a məxsus binalarda ofis üçün obyektləri icarəyə verməyə də hazırdırlar.

Biz cavab əldə etmək üçün, Rüstəm Abdullayevlə əlaqə saxlamağa çalışdıq, lakin cəhdlərimiz boşa çıxdı.

Kavkaznews.az

10fit11fit3138520160315-104418link1455788720_10994850_515454231962337_536349801_n1455793554_332639_162373413847163_372655670_ob7af7fcc4a0fdcafe7d75af1dcafe7d75af1-1Q1Yg947a1loE

Həmçinin oxuyun

RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var – VİDEO

RBK-nın Dağlıq Qarabağa ezam olunmuş jurnalisti Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndində gördüklərindən danışıb. Onun …

Bir cavab yazın