Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Media / 4 Azərbaycan vətəndaşı “Aydın” gəmisində aclıq və antisanitariya vəziyyətində işləyirmiş…

4 Azərbaycan vətəndaşı “Aydın” gəmisində aclıq və antisanitariya vəziyyətində işləyirmiş…

Rusiyanın Qara dənizdəki Tuapse limanında Sent Kits və Nevis ada dövlətinin bayrağı altında üzən teploxod saxlanılıb.

Virtualaz.org xəbər verir ki, gəminin heyət üzvlərinin aylardır dəhşətli antisanitariya şəraitində işlədiyi, aclıq çəkdiyi və gəminin qəzalı vəziyyətdə olduğu üzə çıxıb. Heyət üzvlərinin 7-i Ukrayna, 4-ü Azərbaycan vətəndaşıdır.

Gəmi heyət üzvlərinin Beynəlxalq Nəqliyyat işçiləri Federasiyasının Novorossiyskdəki müfəttişliyinə şikayət etməsindən sonra saxlanılıb. Heyət üzvləri gəmidəki şəraiti əks etdirən fotoları da təqdim ediblər.

Rusiya dənizçiləri Həmkarlar İttifaqının məlumatında deyilir ki, gəmi sentyabrın 12-də Tuapse limanına yan alanda dənizçilərin nə ərzağı, nə yanacağı olmayıb. Teploxod özü isə qəzalı vəziyyətdə idi. Ekipaj üzvləri iki aydan çoxdur maaş almırdı.

Müfəttişlər gəmidəki pozuntuları aşkar edəndən sonra ora ərzaq və yanacaq çatdırılıb. Gəminin sahibi olan Türkiyə şirkəti “Te Trade & Supply Co» ilə əlaqə saxlayan müfəttişlər əmək haqlarının ödənilməsini tələb ediblər. Şirkət müqavimət göstərsə də buna razılaşıb. Gəminin ukraynalı heyət üzvləri işdən çıxmaq barədə ərizə yazıblar. Gəmi səfərini davam etdirsə də qəzalı vəziyyətdə olduğundan batmaq təhlükəsi ilə qarşılaşa bilər.

Həmçinin oxuyun

“İnkişafımızı inkar etməyə çalışırlar” – Əli Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə (KİVDF) Azərbaycan …

Bir cavab yazın