Cümə axşamı , Oktyabr 24 2019
Ana səhifə / Media / 27 dərəcə isti

27 dərəcə isti

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidən “Qafqazinfo“ya daxil olan məlumata görə, havanın temperaturu gecə 10-14, gündüz 21-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 16-17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Həmçinin oxuyun

KİVDF-yə gələn il üçün 4 milyon manatdan artıq vəsait ayrılacaq

Gələn il Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) ayrılacaq …

Bir cavab yazın