Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Əfqan Muxtarlıya qarşı yeni məzmunlu ittiham elan edilib

Əfqan Muxtarlıya qarşı yeni məzmunlu ittiham elan edilib

Həbsdə olan jurnalist Əfqan Muxtarlının vəkili Elçin Sadıqov Bakı İstintaq Təcridxanasında təzyiqlə üzləşdiyini bildirib. Bu barədə o, Facebook səhifəsində yazıb.

Vəkil oktyabrın 20-də 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalistlə görüşüb.

“Təcridxanada onunla bağlı istintaq hərəkəti var idi. Belə ki, Əfqan Muxtarlıya yeni məzmunlu ittiham elan edildi, lakin ittiham edildiyi Cinayət Məcəlləsinin 206.1., 315.2. və 318.1-ci maddələr dəyişdirilmədən saxlanıldı, yalnız ittihamın məzmununda dəyişiklik edildi. Əfqan Muxtarlı bildirdi ki, özünü təqsirli bilmir, tənqidi və araşdırma yazılarına görə Gürcüstandan oğurlanaraq Azərbaycana gətirilib və qanunsuz həbsdə saxlanılır. Eyni zamanda dindirmə protokoluna qeyd etdi ki, səhhəti çox ağırdır, ürək nahiyəsində və bədəninin müxtəlif yerlərində kəskin ağrılardan əziyyət çəkir, öz hesabına Mərkəzi Klinik Xəstəxanada və ya Gömrük Hospitalında müayinə və müalicə olunmasına razılıq verilsin”.

Vəkil istintaq hərəkətlərindən sonra jurnalistlə təkbətək görüşüb.

“Müdafiə ilə bağlı bir sıra taktikaları müzakirə etdik. İstintaq Təcridxanasından çıxan zaman jurnalların qeydiyyatı otağında Rövşən adlı gizir və Ədalət adlı əməkdaş məcburi olaraq mənim əlimdən üzərində “vəkillərin qeydiyyat kitabı” yazılmış, yaşıl üzlü vəkillik peşəmlə bağlı qeydlərimin olduğu kitabçanı aldılar. Onlar Ə.Muxtarlı ilə təkbətək görüş zamanı müdafiə ilə bağlı taktikamızı oxudular, bunun qanunsuz olduğunu bidlirdikdə isə bu göstərişin birbaşa Penitensiar Xidmətin rəhbərliyindən gəldiyini, ona görə də rəhbərliyin onları müdafiə edəcəklərindən əmin olduqları üçün heç kəsdən qorxmadıqlarını bildirdilər. Onlar məni təhlükəsizlik məqsədi ilə yoxlamırdılar, çünki onları yalnız mənim qeydiyyat kitabıma Əfqanla görüş zamanı etdiyim qeydlər maraqlandırırdı ki, bizim “konfidensial” görüşümüzdə müzakirə etdiyimiz məsələləri prokurorluğa çatdırsınlar”, vəkil yazır.

Sadıqov hesab edir ki,onun təzyiqə məruz qalması Azərbaycanda müdafiə hüququnun təminatının (mövcud olmamasının) göstəricisidir.

“İnsanları günahsız həbs etmək azmış kimi onların müdafiə hüququnu da pozurlar”.

Vəkil baş vermiş qanunsuzluqla bağlı ölkə rəhbərliyinə, Baş Prokurorluğa, Ombudsmana şikayətlər edəcəyini və Vəkillər Kollegiyasına məktub yazacağını bildirib.

Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidə oğurlanaraAzərbaycana gətirildiyinibildirib.Ona qarşı Azərbaycan Cinaytə Məcəlləsininüç maddəsilə ittiham irəli sürülüb: 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək),318.1 (sərhədi qanunsuz keçmək), 206.1 (qaçaqmalçılıq). Ə.Muxtarlı ittihamları rədd edərək həbsinin siyasi sifariş olduğunu bildirib.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə deyib ki, ittihamın məzmununda yeni dəyişkiliyin jurnalistə qarşı irəli sürülən itithamları ağırlaşdırmır.

“Sadəcə ittihamın məzmununda dəyişklik edilib. Əvvəl ittiham tələm-tələsik yazılmışdı. İndi ittihamın məzmununu yenidən yazıblar, genişləndiriblər”, o qeyd edib (“Amerikanın səsi”).

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …