Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

14-15 may tarixlərində Gürcüstanın Batumi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 53-cü Hüquqi və Siyasi məsələlər üzrə və 52-ci İqtisadi, texnologiya və ekoloji məsələlər üzrə komitə iclasları keçirilib.

İclasda  azərbaycanlı deputat Əflatun Amaşov “Yaşıl iqtisadiyyat: Mavi artım” mövzusunda çıxış edib. 

Moderator.az xəbər verir ki, Əflatun Amaşov Modern.az-a açıqlamasında səfərin əhəmiyyətindən danışıb.

“Parlament Assambleyasının tədbirlərində həmişə Azərbaycan tərəfi aktiv çıxış edir. İstər məruzələrin müzakirəsində, istərsə də yeni təkliflərin verilməsində  Azərbaycan nümayəndə heyəti kifayət qədər diqqəti cəlb edib. Bu dəfə həm siyasi komitədə, həm də iqtisadiyyat, ticarət komitəsində iclaslar keçirildi. 

Deputat bildirib ki, həmçinin, müxtəlif mövzulara həsr olunmuş müzakirələrdə fəal iştirak ediblər.


“Birinci komitədə nümayəndə heyətinin rəhbəri Eldar Quliyev çıxış edirdi.  Mövzu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrdə ombudsmanların fəaliyyəti ilə bağlı idi. Eldar Quliyev həmin mövzuda çıxış etdi və Azərbaycanda ombudsman institutunun yaranması, yaranma səbəbləri, gördüyü işlər barədə kifayət qədər geniş məlumat verdi.

Mənim çıxışım isə iqtisadiyyat, ticarət və ekologiya məsələləri üzrə komitədə idi. Çıxışım zamanı Azərbaycanda həyata keçirilən tədbirlərlə bağlı məruzə etdim. Məruzədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlərdən danışdım. Azərbaycan sənayesinin dünya sənayesinə inteqrasiyasının gücləndirilməsinin əhəmiyyətini bildirdim. Eyni zamanda, son vaxtlar Azərbaycanda yaradılmış sənaye parkları barədə də danışdım. Sumqayıtda, Pirallahıda, Balaxanıda, eləcə də regionlarda  yaranmış sənaye parklarının əhəmiyyətini qeyd etdim”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …