Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Qubada iki uşaq anası intihar edib

Qubada iki uşaq anası intihar edib

Quba rayonunda 38 yaşlı qadın intihar edib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Sevinc Gülağa qızı Nemətova özünü su kanalına ataraq intihar edib. Onun meyitini kənd sakinləri sudan çıxarıb.

S.Nemətovanın iki uşaq anası olduğu, həyat yoldaşının ürək xəstəliyindən əziyyət çəkdiyi, ailənin də maddi durumunun aşağı olduğu bildirilir.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …